SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycanlı “iş adamları”nın Dağıstandakı şok biznesi: Buradan adam oğurlayıb kölə edirlər

Azərbaycanlı “iş adamları”nın Dağıstandakı şok biznesi: Buradan adam oğurlayıb kölə edirlər

Tarix:

20-06-2019, 11:24

/ 865 dəfə oxundu.
Azərbaycanlı “iş adamları”nın Dağıstandakı şok biznesi: Buradan adam oğurlayıb kölə edirlər

Dağıstanda bir neçə Azərbaycan vətəndaşı köləyə çevrilib. Üstəlik, bunu edənlər elə həmvətənləri olub. DİNİnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi qanunsuz azadlıqdan məhrumetmə və icbari əməyə cəlb etmə maddələri üzrə cinayət işi açıb.

Bu barədəAzərbaycan Respublikası DİN-dən məlumat verilib.

Hazırda fakt üzrə araşdırma aparılır, Azərbaycan vətəndaşlarının xarici dövlətin ərazisində istismarında iştirak etmiş şəxslərin əhatə dairəsi müəyyən edilir. Şübhəli şəxslərin saxlanılaraq, məsuliyyətə cəlb olunması üçün Dağıstanın hüquq-mühafizə orqanları ilə danışıqlar aparılır.

DİN-dən bildiriblərki, istintaqın davam etməsi ilə əlaqədar araşdırmanın təfsilatları barədə məlumat verə bilməzlər, bununla belə, cinayətdə təqsirli olan hər kəsin cəzalandırılacağını söyləyiblər.

Bu arada, Bakı sakini Elşad Ağayev Oxu.Az-aistismarçıların Dağıstanda azərbaycanlıların başına hansı oyunlar açdıqlarındandanışıb. Köləlikdən qaçmağa nail olmuş azərbaycanlılardan biri E.Ağayevin qohumudur.O, Ağayevə cinayətkar qrupun tələsinə necə düşdüyünü və köləlikdə olarkən onunla necə davrandıqlarını danışıb.

1965-ci il təvəllüdlü Hadıyev Sevdiyar Muxtar oğlu Lerik rayonunun Piran kəndinin sakinidir. Bir neçə cəhddən sonra əsarətdən qaçmağı bacarıb. Azərbaycana geri dönər-dönməz DİN-ə şikayət ərizəsi ilə müraciət edib.

10 iyul 2018-ci ildə işsiz S.Hadıyevə Lənkəran rayonundan olan qohumu Vidadi Mirzəcanov yaxınlaşıb. O, bir nəfərin məşğulluq sahəsində çalışdığını və ürəyi istəsə, onu həmin kişi ilə tanış edə biləcəyini söyləyib.


S.Hadıyevhəmin vaxt işə çox ehtiyacı olduğundanrazılıq verib. İyulun 16-da Mirzəcanov həmin şəxslə görüşüb və sonuncu növbəti gün Hadıyevin Bakıya gəlməsini istəyib.

İyulun 18-də metronun "Koroğlu” stansiyasının qarşısında S.Hadıyevi "90 TU 367” nömrə nişanlı,"Opel” markalı maşında Tahir H. (redaksiyada bütün şübhəlilər barədə şəxsi məlumatlar olsa da, istintaqın davam etməsini nəzərə alaraq, adlar şərti verilir – red.) qarşılayıb.

"O, Sevdiyarı maşına əyləşməyə dəvət edib. Orada tanış olublar, sürücü Tərlan N. adlı biznes şərikinin olduğunu və birlikdə Mahaçqalanın "Uçxoz” məhəlləsində yerləşən fermada 10 tərəvəzistixanasına sahib olduqlarını söyləyir.

Tahir H. bildirib ki, S.Hadıyev aya 20 min rubl(533 manat) maaşa razılaşsa, onu özü ilə apara bilər. Onlar elə həmin gün Azərbaycan-Rusiya sərhədini keçiblər”, – deyə E.Ağayev bildirib.

Yolda olanda Tahir H. mütəmadi olaraq Azərbaycandan Dağıstana (Mahaçqalaya) fəhlələr daşıdığını dilə gətirib. Təyinatnöqtəsinə çatdıqdan sonra Tahir H. fəhləni öz şəriki ilə tanış edib və müvəqqəti yaşayış qeydiyyatına salmaq bəhanəsi ilə onun pasportunu alıb. Ancaq nə Hadıyevin pasportu qaytarılıb, nə də onu yaşayış qeydiyyatına salıblar. Bundan başqa, S.Hadıyevin mobil telefonunu da əlindən alıblar.

Artıq bir neçə gündən sonra "işəgötürənlər”in azərbaycanlıya olan münasibəti dəyişib. Qeyd edək ki, şəriklərin xiyar və pomidorun yetişdirildiyiistixanalarında Hadıyevdən başqa, bir neçə azərbaycanlı da olub.Onlar ağır şəraitdə yaşayıb. Fəhlələr harada gəldi yatıb, onlara ən adi çarpayı belə verilməyib. "Əsirləri” faktiki olaraq ac saxlayıblar.

Başqa bir zərərçəkən – Səlahət Yasubovun polisə təqdim etdiyi şikayət ərizəsinə görə, onları hər gün 04:00-daoyadıblar. İş saat 05:00-da başlayıbvə axşam 21:00-a kimi davam edib.Saat 12:00-da(günorta) fəhlələrəşirinçay və çörək, axşam saat 20:00-daisə qaynadılmış kartof veriblər. "Sözə baxmayan əsirləri” döyüblər.

S.Yasubovun dişlərini sındırıblar. İstixana hüdudlarından kənara heç kim çıxa bilməyib. Ərazini iki çoban iti mühafizə edib. Nadir hallarda əsirlərə mobil telefon verib, nəzarətçinin qarşısında ailələləri ilə əlaqə saxlamalarına (sağ-salamat olduqlarını bildirmək üçün) icazə veriblər. Aydın məsələdir ki, onlara heç bir məvacib verməyiblər.

S.Hadıyev dörd ay on gün ağır şəraitdə işləyib və yaşayıb. Noyabrın 18-də o, qaçmaq üçün pasportunu götürməyə cəhd edib, ancaq çoban iti onun üzərinə atılaraq əlini ağır yaralayıb.

Nəyahət,noyabrın 29-da fürsətdən istifadə edərək, dörd metrlik hasarıaşaraq qaçıb. Yolda o, polis əməkdaşına rast gəlib və başına gələnləri ona danışıb. Hadıyevə kömək etmək üçün asayiş keşikçisi onunla fermaya qayıdıb. Yarım saat ərzinə polis əməkdaş Tərlan N. ilə söhbət aparıb. Hüquq-mühafizə orqanı əməkdaşı köləlikdən qaçmış Hadıyevin pasportunu fermerdən almağa nail olur.

Polis əməkdaşı ona Azərbaycana qayıtmağı və oradan istismarçılardan yerli hüquq-mühafizə orqanlarına şikayət etməyi tövsiyə edib. Ancaq Tahir H. Hadıyevin içində olduğu avtobusa çataraq onu saxladıb. Sonuncu onun avtomobilə minməsini xahiş edib, onunla söhbət etmək istədiyini bildirib. Ona Bakıya çatan kimi 80 min rubl verəcəyini and-aman edib, polisə şikayət etməməsi üçünyalvarıb. S.Hadıyev onun sözlərinə inanıb.

Tahir H. yolüstü sərnişinlər toplayaraq, onlarla birlikdə Hadıyevi Bakıya çatdırıb. Ancaq zərərçəkəni yenəaldadıblar. Tahir H. ona vəd etdiyi pulu vermir. Burada köləlikdən qaçmış Hadıyev Elşad Ağayevlə əlaqə yaradıb, sonuncu onu evinə çatdırıb.

Bir neçə gündən sonra S.Hadıyevə poçtla beşmin rubl göndərilir. Əmək istismarına məruz qalmış zərərçəkən hazırda günahkarların cinayət məsuliyyətinə cəlb edilməsini və75 min rubl məbləğində pulun tutularaq, ona təzminat şəklində verilməsini tələb edir.

"Zərərçəkənlər iddia edir ki, qrup dörd nəfərdən ibarətdir və hər birinin öz funskiyası var. Göyçaylı Tərlan N. biznesi idarə edir. Tahir H. müəssisəni kölələrlə təmin edir. Başqa bir göyçaylı –Sarvan isə fermada işçilərə və onların qaçmamasına nəzarət edib. Bundan başqa, bir qadın da olub, onun adı hələlik bizə məlum deyil, yalnız o məlumdur ki, qadın təsərrüfatın mühasibat işlərinə cavabdeh olub”, – deyə mənbə bildirib.

Bu arada, Səlahət Yasubov köləlikdən 12 sentyabr 2018-ci ildə qaça bilib. Zərərçəkənin sözlərinə görə, fermada onunlaUcar rayonundan olan bir neçə fəhlə çalışıb. S.Yasubov S.Hadıyevdən fərqli olaraq, öz pasportunu ələ keçirə bilib.

Qeyd edək ki, S.Yasubovun ifadəsi onunla həmdərd olan Hadıyevin polisə təqdim etdiyi şikayət ərizəsində yazılanlarla üst-üstə düşür. Hər ikisi bildirib ki, onlara az qala İkinci Dünya Müharibəsi dövründə konsentrasiya düşərgələrində saxlanılan əsirlər kimi, bəlkə də, daha pis münasibət göstəriblər.

Elşad Ağayevin sözlərinə inansaq, istintaqın Mahaçqala fermalarında istismara məruz qalmış doqquz azərbaycanlı "kölə” barədə məlumatı var.

"Biz yalnız onu istəyirik ki, bütün cinayətkarlar qanun çərçivəsində ən sərt şəkildə cəzalandırılsın. XXI əsrdə yaşayırıq, amma köləlik hələ də çiçəklənməkdədir”, – deyə E.Ağayev söyləyib.

Şərhlər

XƏBƏR LENTİ