SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sumqayıtda DYP əməkdaşları ilə taksı sürücülərinin “centlimen” münasibəti

Sumqayıtda DYP əməkdaşları ilə taksı sürücülərinin “centlimen” münasibəti

Tarix:

23-03-2017, 12:12

/ 2 948 dəfə oxundu.
Sumqayıtda DYP əməkdaşları ilə taksı sürücülərinin “centlimen” münasibəti

AR İXM taksi fəaliyyəti ilə məşğul olunanlara şamil olunmur?!
Sumqayıtda Azərbaycan Respublikasının Qanunları taksı sürücülərinə şamil olunmur. Kənardan görsənən ilk təəssüratdan bu qənatə gəlmək olar ki, Sumqayıtda Dövlət Yol Polisinin (DYP) əməkdaşları taksi sürücüləri ilə “centlemen sövdələşməsi” əsasında fəaliyyət göstərir.
Şəhərin istənilən ərazisində, dəyanma, durma və parkanma qaydalarını pozan taksi sürücülərinə qarşı DYP əməkdaşları heç bir inzibati tədbir görmür. Eyni sırada dəyanan avtonəqliyyat vasitələrindən cərimə yalnız sıravi vəətəndaşlara şamil olunur.
Əməkdaşımız bu kimi hal ilə 20 mart tarixində Sumqayıtın Bakı prospektində rastlaşıb. Belə ki, prospektdə 12 mərtəbələr deyilən ərazidə 99 YP 167 dövlət nömrə nişanlı Dövlət Yol Polisinin əməkdaşları taksi fəaliyyəti ilə məşğul olmayan vətəndaşlara AR İXM-nin 346.1 maddəsinə əsasən (dayanma qaydalarını pozduğuma görə) cərimələr yazırdı.
Bu isə DYP əməkdaşlarının vəzifə saləhiyyətlərindən sui istifadə edilməsi, qanunun tələbinə fərdi yanaşma deməkdir. Aydın şəkildə görmək olurdu ki, DYP əməkdaşları ilə taksi sürücüləri arasında mehriban “münasibət” var.
Bu kimi hallar vətəndaşlar tərəfindən ictimai qınağa çevrilməli, AR İXM-nin maddələrinin hamı üçün eyni dərəcədə şamil olunaraq tətbiq edilməlidir.

Sumqayıtda DYP əməkdaşları ilə taksı sürücülərinin “centlimen” münasibəti
Sumqayıtda DYP əməkdaşları ilə taksı sürücülərinin “centlimen” münasibəti
Sumqayıtda DYP əməkdaşları ilə taksı sürücülərinin “centlimen” münasibəti
Sumqayıtda DYP əməkdaşları ilə taksı sürücülərinin “centlimen” münasibəti

Şərhlər

XƏBƏR LENTİ