XalqXəbər.Az

Pəhriz və uşaq yeməklərinin istehsalına nəzarət artırılacaq

yüklənir...
Pəhriz və uşaq yeməklərinin istehsalına nəzarət artırılacaq
13-06-2019, 12:12
yüklənir...

Azərbaycanda pəhriz, uşaq yeməkləri və s. istehsalına, emalına, eləcə də, dövriyyəsinə dair tələblər və nəzarət mexanizmləri təkmilləşdiriləcək.

Bu barədə Səhiyyə naziri Oqtay Şirəliyevin təsdiq etdiyi “Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planında deyilir.

Plana əsasən, həmin tələblər və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi üzrə təkliflər 2019-2020-ci ildə hazırlanacaq.

Tədbirlər Planında ölkədə qida mənşəli xəstəliklər üzrə təhlillər aparılması və məlumat bazasının yaradılması, eləcə də, ölkədə qida mənşəli xəstəliklər üzrə hər ilin sonunda təhlillərin aparılması və məlumatların Qida Təhlükəsizliyi Agentliyinə təqdim edilməsi öz əksini tapıb.скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.