XalqXəbər.Az

Prezident Milli Məclisə mühüm qanun layihəsi göndərdi - Bu gün müzakirə olunacaq

yüklənir...
Prezident Milli Məclisə mühüm qanun layihəsi göndərdi - Bu gün müzakirə olunacaq
13-06-2019, 12:10
yüklənir...

Məhkəmə fəaliyyəti, o cümlədən, kommersiya məhkəmələrinin yaradılması ilə bağlı mühüm qanun layihələri paketi hazırlanaraq dövlət başçısının qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim edilib.

Bu sözləri Avropa İttifaqı V Azərbaycan Biznes Forumunda çıxış edən Ədliyyə nazinin müavini Toğrul Musayev deyib.

Onun sözlərinə görə, artıq bu gün həmin qanun layihələrinin parlamentdə birinci oxunuşda müzakirəsi nəzərdə tutulub:


“Hələ 2006-cı ildə məhkəmə hakimlərinin sayı iki dəfə artırılaraq, 600-ə çatdırılıb. Bununla belə, bu gün ölkədə 100 min nəfərə düşən hakimlərin sayı altı olmaqla, Avropa ölkələri üzrə orta göstəricidən üç dəfə azdır.

Məhz buna görə fərmanla hakimlərin sayının xeyli - 200 nəfər artırılması müstəsna əhəmiyyətə malikdir. Bu addım məhkəmə hakimiyyətinin daha da optimal şəkildə qurulması üçün çox vacibdir”.скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.