SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ramil Usubov şou-biznes adamları ilə fotosu yayılan rəisi işdən çıxardı

Ramil Usubov şou-biznes adamları ilə fotosu yayılan rəisi işdən çıxardı

Tarix:

26-05-2019, 12:39

/ 1 551 dəfə oxundu.
Ramil Usubov şou-biznes adamları ilə fotosu yayılan rəisi işdən çıxardı

Nərimanov rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad olunub.

“Qafqazinfo”ya istinadən xəbər veririk ki, daxili işlər naziri, generel-polkovnik Ramil Usubovun əmri ilə polis polkovniki İsmayıl Əsədov Nərimanov rayonunun rəisi vəzifəsindən azad olunub.
İ. Əsədov ölkənin tanınmış polis zabitlərindəndir. O, Bakının bir neçə rayonunda polis rəisi vəzifəsini tutub.
Onun işdən çıxarılması isə gözlənilməzdir. Çünki İsmayıl Əsədov Nərimanov rayonunun rəisi postuna bir il öncə təyin olunmuşdu. Eks-rəisin hansı vəzifəyə gətiriləcəyi hələ bilinmir.
Nərimanov rayon Polis İdarəsinin yeni rəisinin kimliyi yaxın günlərdə bilinəcək.

Şərhlər

XƏBƏR LENTİ