SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Atasını vəzifədən aldıran Xalid Mədətov necə azadlığa çıxdı?- ŞOK İDDİA

Atasını vəzifədən aldıran Xalid Mədətov necə azadlığa çıxdı?- ŞOK İDDİA

Tarix:

17-03-2017, 14:07

/ 5 950 dəfə oxundu.
Atasını vəzifədən aldıran Xalid Mədətov necə azadlığa çıxdı?- ŞOK İDDİA

Dünən İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılanlar arasında Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədr müavini olmuş Mübariz Mədətovun oğlu Xalid Mədətov da var.

Xatırladaq ki, X.Mədətov 3 il əvvəl sərxoş vəziyyətdə "Gelandevagen" markalı avtomobili ilə qəza törətmiş, nəticədə tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi ölmüşdü. Ona Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il həbs cəzası verilmişdi. O, cəzasının 3 ilini çəkdikdən sonra azadlığa buraxılıb.

Qeyd edək ki, bu hadisədən sonra Mübariz Mədətov vəzifəsindən kənarlaşdırılmışdı.

Əməkdaşımız ilə söhbətdə tanınmış vəkillərdən biri bunun nonses olduğunu deyib. "Əlbəttə, əfv etmək prezidentimizin müstəsna hüququdur" deyən vəkil təəssüf hissilə qeyd edir ki, bu əfv siyahısında X.Mədətovun adının olması üçün maddi maraqların təmin olunması əsas rol oynayıb: "Prezident bütün siyahı ilə tanış olmaya bilər, onun etibar edib vəzifə verdiyi insanlar bu siyahını tərtib edirlər. Lakin əsas məsələ bu işdə qarşı tərəf olan xalq artistinin ailəsidir ki, çox təəssüflə qeyd edirəm ki, onlar da maddiyyat qarşısında susqun qalıblar. Əks halda 12 illik həbs cəzası alan bir şəxsin heç nə olmamış kimi 3 ildən sonra azadlığa çıxması mümkünsüzdür, heç bir məmur risk edib buna getməzdi".

AFN

Şərhlər

XƏBƏR LENTİ