SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakıda sürücüdən maraqlı addım - Polisə belə yardım etdi

Bakıda sürücüdən maraqlı addım - Polisə belə yardım etdi

Tarix:

17-03-2017, 13:37

/ 1 991 dəfə oxundu.
Bakıda sürücüdən maraqlı addım - Polisə belə yardım etdi

Sürücü onu hədələyərək pulunu alıb qaçan sərnişini 1 ay sonra özü tutub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fevralın 15-də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində Bakı şəhər sakini Taleh Hümbətəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində oturan naməlum şəxs onu bıçaqla hədələyərək 51 manat pulunu alıb.

Martın 16-da Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində T.Hümbətəliyev həmin şəxsi görüb və saxlayaraq polis əməkdaşlarına təhvil verib.

Araşdırmalar zamanı həmin şəxsin Gəncə şəhər sakini Həsən Novruzov olması müəyyən edilib.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ