SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Nizami Qocayevin oğlu yüksək vəzifəyə təyin edildi

Nizami Qocayevin oğlu yüksək vəzifəyə təyin edildi

Tarix:

14-05-2019, 12:25

/ 2 158 dəfə oxundu.
Nizami Qocayevin oğlu yüksək vəzifəyə təyin edildi

Bakı şəhər Nizami rayon Prokurorluğunda kadr dəyişikliyi olub.

Nizami rayon prokurorunun müavini Ramin Qocayev Baş prokuror Zakir Qaralovun imzaladığı əmrlə vəzifədən azad edilib. O, Baş Prokurorluqda məsul vəzifəyə təyin edilib.

Nizami rayon prokurorunun müavini vəzifəsinə isə Zakir Qaralovun imzaladığı əmrlə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Abil Səfərov təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluqda məsul vəzifəyə təyin edilən Ramin Qocayev, uzun illər polis sistemində yüksək vəzifələrdə çalışmış Nizami Qocayevin oğludur. N.Qocayev hazırda ədliyyə sistemində çalışır və Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Gəncə şəhəri üzrə İcra İdarəsinin rəisini tutur.

Şərhlər

XƏBƏR LENTİ