SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Elman Babayevə Gömrük Komitəsində iş verildi

Elman Babayevə Gömrük Komitəsində iş verildi

Tarix:

8-05-2019, 17:33

/ 1 536 dəfə oxundu.
Elman Babayevə Gömrük Komitəsində iş verildi

E.Babayev bu gündən Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində işə başlayıb.

E.Babayev 30 sentyabr 1977-ci ildə Quba rayonun Yerfi kəndində ziyalı ailəsində anadan olub. 2001-2008-ci illərdə “Kaspi” qəzetində və “Trend” İnformasiya Agentliyində jurnalist vəzifəsində çalışıb, həmin dövrdə bir sıra tanınmış KİV-lərlə əməkdaşlıq edib.

2008-2012-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Aparatının Sığorta-pensiya siyasəti və strateji araşdırmalar şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri¸ 2012-2013-cü illərdə Fondun Aparatının Beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifələrində işləyib.

2014-2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.

Azərbaycan Prezidentinin 15 iyul 2015-ci il tarixli sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

2010-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Şərhlər

XƏBƏR LENTİ