SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycanın ən gənc rektoru hansı nazirin qohumudur?

Azərbaycanın ən gənc rektoru hansı nazirin qohumudur?

Tarix:

15-03-2017, 21:06

/ 4 370 dəfə oxundu.
Azərbaycanın ən gənc rektoru hansı nazirin qohumudur?

Xəbər vediyimiz kimi, mart ayının 13-də Azərbaycan Universitetinə yeni rektor təyin edilib.

Universitetin əvvəlki rektoru Fərid Əhmədov gələcək karyera və elmi fəaliyyətinin davam etdirilməsi ilə əlaqədar öz ərizəsi ilə vəzifəsindən azad olunub.

Azərbaycan Universitetinin rektoru vəzifəsinə Səadət Əliyeva təyin edilib.

Ölkədə özəl ali təhsilin bünövrəsini qoyan Azərbaycan Universitetinə gənc xanım rektorun təyin edilməsi ictimaiyyət tərəfindən maraqla qarşılandı.

Azərbaycan Universitetində uzun illərdir işləyən şəxslər olsa da xanım rektorun təyinatı maraqlı məqamlardan biri idi.

Özəl mənbələrdən verilən məlumata görə, Səadət Əliyeva vergilər naziri Fazil Məmmədovun bacısı qızıdır.

Mənbə qeyd edir ki, Səadət Əliyevanın rektor təyin olunmasında bu qohumluq faktorun da rolu az olmayıb.

qaynar

Şərhlər

XƏBƏR LENTİ