SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Vəzifəsindən qovulan hakimlə bağlı sensasion iddialar

Vəzifəsindən qovulan hakimlə bağlı sensasion iddialar

Tarix:

17-04-2019, 17:02

/ 2 030 dəfə oxundu.
Vəzifəsindən qovulan hakimlə bağlı sensasion iddialar

Xəbər verildiyi kimi, prezidentin sərəncamı ilə Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Musa oğlu Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, İ. Mahmudovun vəzifəsindən azad olunmasına səbəb onun haqqında korrupsiya ilə bağlı çoxsaylı şikayətlər olub. Hakimin yol verdiyi qanunsuzluqlara görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə hələ bir müddət əvvəl müraciətlər daxil olub. Daxil olan şikayətlər araşdırıldıqdan sonra öz təsdiqini tapıb.
Internet resurslarda da İ. Mahmudovla bağlı kifayət qədər şikayətlərə rast gəlmək olur. Belə ki, hətta hakimlə bağlı Ədliyyə nazirinə, Məhkəmə-Hüquq Şurasının sədrinə müraciətlər edilib, fəaliyyəti dövründə özbaşınalığı istiqamətində vətəndaşların şikayətləri yayımlanıb.
Məsələn, yerli mediada bir sıra hakimlərlə yanaşı, İ.Mahmudovun adı da Sumqayıt şəhər məhkəməsində baş verən xoşagəlməz olaylarda hallanıb. Həmin materialların birində deyilir: “Sumqayıt məhkəməsində baş verənlərə qarşı heç bir tədbir görülməmiş və Zeyqəm Hüseynov, İlyas Mahmudov kimi hakim olanların qanunsuz əməllərinin genişlənməsinə şərait yaradılmaqdadır. Bu iki şəxsin özbaşınalığı sumqayıtlıların ciddi narazılığına səbəb olub. Ardı-arası kəsilməyən şikayətlər, məhkəmə prosesləri zamanı müxtəlif etirazlar nə Zeyqəm Hüseynovu, nə də ki, İlyas Mahmudovu narahat etmir. Məhkəmə Hüquq Şurası dəfələrlə Sumqayıt məhkəməsinin hakimi İlyas Mahmudova xəbərdarlıq və töhmət elan etsə də, bu şəxs yenə öz qanunsuz əməllərini davam etdirməklə Zeyqəm Hüseynovun şəxsi maraqlarını qanunlardan yuxarı tutur.
Sumqayıt məhkəməsinə müraciət edən vətəndaşlar dəhşətli mənzərə ilə üzləşirlər. Ərizələrin çoxunu İlyas Mahmudovun icraatına verən sədr öz qanunsuz tələblərini də bu hakim vasitəsilə irəli sürür. Vətəndaşlar İlyas Mahmudov və Zeyqəm Hüseynovun qanunsuz tələblərindən cana doyublar”. Bu nümunələrdən sadəcə biridir.

Qeyd edək ki, 60 yaşlı İlyas Mahmudov 2008 –ci ildən indiyə qədər Sumqayıt Şəhər Məhkəməsinin hakimi işləyib.

Şərhlər

XƏBƏR LENTİ