SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Mənsimov, həmin mafioz Termencyanın ortağı yenə Azərbaycana hücum edir

Mənsimov, həmin mafioz Termencyanın ortağı yenə Azərbaycana hücum edir

Tarix:

15-04-2019, 00:39

/ 1 537 dəfə oxundu.
Mənsimov, həmin mafioz Termencyanın ortağı yenə Azərbaycana hücum edir

Türkiyədə mənzillənmiş və bir vaxtlar “okeanlara sığmayan” donanmasının qalıqlarını idarə etməyə çalışan azərbaycanlı oliqarx Mübariz Mənsimov yenə Azərbaycan hakimiyyətinə və SOCAR-a qarşı hücumlar edib. Mənsimov sosial şəbəkələrdən etdiyi paylaşımlarda bu dəfə də Azərbaycan hakimiyyətini dolayısıyla korrupsiyada, insanların sosial problemlərinə biganə qalmaqda qınayıb, ermənilərlə müqayisə aparıb və pafoslu vətənpərvərlik səsləndirib.

Əlbətdə, bu kimi qınaqlarla indi sosial şəbəkələrdə çıxış edənlərin sayı çoxdur və müxalif siyasətçilər hər gün öz çıxışlarını Mənsimovun istifadə etdiyi bu cür tezislər üzərində qururlar. Və illərdir belə çıxışlarda tezislər dəyişməz qalır. Lakin məsələ burasındadır ki, müxalifətçilərin istifadə etdiyi həmin tezislərdən son vaxtlar Mənsimov-bir vaxtlar Azərbaycan hakimiyyətini eyni pafosla müdafiə edib ona mədhiyyələr qoşan oliqarx istifadə etməyə başlayıb. O, bundan əvvəl də bir neçə dəfə sosial şəbəkələrdən bu cür tənqidi qeydlərini paylaşmışdı və Azərbaycan hakimiyyətinə qarşı müxalif mövqedə dayandığını nümayiş etdirmişdi.

Bəlli olduğu kimi Mənsimovun mövqeyində bu dəyişiklik və onun Azərbaycana qarşı hücumlara başlaması biznesinin çökməyə başlamasından sonra müşahidə edilməkdədir. Neçə ildir beynəlxalq mətbuatda bu gəmiçilik maqnatının biznesinin necə çökdüyü, gəmilərinin əlindən alındığı, özünün nəhəng boclar altında əzildiyi haqda xəbərlər bitib-tükənmir. O da məlumdur ki, Mənsimovun biznesində çöküş onun şirkətinin adının İraq və Suriyada İŞİD terror qruplaşmasının ələ keçirdiyi ərazilərdə hasil olunan neftin dünya bazarlarında satışını təşkil etməkdə hallanmasından sonra başlamışdı.

Rusiya və ABŞ kəşfiyyat peyklərinin çəkdiyi görüntülərə əsasən hər gün neftlə dolu yüzlərlə avtotankerdən ibarət karvan İŞİD-in nəzarətində olan Türkiyə sərhədlərinə doğru hərəkət edirdi. Oradan isə həmin neft “Palmali”nin tankerlərinə yüklənirdi.

Bu, nəhəng gəlirlər vəd edən çirkli biznes idi, çünki İŞİD başkəsənləri nefti dünya bazarlarındakı qiymətdən az qala 3-4 dəfə ucuz verirdilər. Və terrorçu Bağdadinin “xilafətinin” hüdudlarının İraq və Suriyanın böyük ərazilərini əhatə etdiyi, İŞİD-in gündəlik neft hasilatının az qala 1 milyon barrelə çatdığı vaxtlarda belə biznesdən əldə olunan gəlirlərin miqyasını təsəvvür etmək çətin deyil.

Məhz həmin dövrdə nə baş verdisə Mənsimovun əvvəlcə Rusiyadakı biznesi çökməyə başladı. Onun Rusiyadakı törəmə şirkəti barəsində iri məbləğdə vergidən yayınmaya görə cinayət işi qaldırıldı, ardınca “Palmali” MMC-nin barəsində müflisləşmə proseduru başladıldı. Bu prosedur artıq yekunlaşıb və Mənsimovun Rusiyadakı şirkətinin gəmiləri hərrac yolu ilə satılaraq pulu onun borclu olduğu “Sberbank”a ödənilməkdədir.

Eləcə də onun gəmilərinin xarici limanlarda borca görə həbs olunduğu, müsadirə edildiyi haqda dəfələrlə xəbərlər dərc olunub.

Bəs Mənsimov qaranlıq biznesinin çökməsinə görə niyə Azərbaycan hakimiyyətindən narazıdır? Niyə o tez-tez SOCAR-a hücumlar edir?

Mənsimovun “Palmali” şirkəti ilə SOCAR arasında tərəfdaşlığın tarixçəsi haqda mətbuat dəfələrlə yazıb. Bu məsələnin təfərrüatlarına varmadan qısaca onu qeyd etmək lazımdır ki, tərəfdaşlıq 2000-ci illərin ortalarında, Mənsimovun biznesinin “dibə vurmaqda olduğu” bir vaxtlarda başlayıb. “Palmali” SOCAR neftinin daşınması hüququnu qazanıb və bu sərfəli biznes sayəsində sürətlə varlanıb. Sonradan isə bu tərəfdaşlıq pozulub, Mənsimovun SOCAR qarşısında müəmmalı şəkildə böyük borcları yaranıb. Azərbaycan dövlət neft şirkəti həmin borcların əvəzində “Palmali”nin 14 tankerini (həmin tankerlər SOCAR-ın verdiyi kreditlə alınmışdı) və digər aktivləri alıb. Üstəlik bu aktivlərin alınmasından sonra belə “Palmali”nin SOCAR-a nəhəng borclarının qaldığı haqda xəbərlər var idi.

Bir vaxtlar Mənsimov aktivlərinin əlindən çıxmasına görə SOCAR-ı beynəlxalq məhkəmə ilə hədələyirdi, amma sonradan bundan vaz keçməli oldu. Əvəzində sosial şəbəkələr üzərindən “müxalifətçiliyə” başladı.

Və oliqarxın bu “müxalifətçilik” fəaliyyətində tez-tez istifadə etdiyi tezislərdən biri patriotizm və erməni məsələsidir. Hansı ki, onun ABŞ-dakı erməni diasporunun nüfuzlu nümayəndələrindən biri, mafioz Levon Termencyanla ortaqlığı barədə faktlar, sənədlər ötən il üzə çıxmışdı.

Levon Termencyan ABŞ-da kommersiya və yaşayış məqsədli daşınmaz əmlak biznesi ilə məşğul "SBK Holdings” adlı irkətin sahibidir, şirkətin 800 milyon dollarlıq aktivləri var. ABŞ mediasının yazdığına görə Termenciyan bu ölkənin Daxili Təhlükəsizlik Departamenti tərəfindən çirkli pulların yuyulmasına, vergidən yayınmaya və neft oğurluğuna görə istintaqa cəlb edilib. Həmin fakt "SBK Holdings” şirkətinin keçmiş prezidenti və hüquq məsləhətçisi Edqar Sərkisyanın məhkəməsi zamanı üzə çıxmışdı. (Burada belə sual meydana çıxır-görəsən Mənsimovun tankerləri ilə amerikalı müstəntiqləri maraqlandıran həmin qanunsuz neft arasında bağlılıq varmı?) Sərkisyan məhkəmədə demişdi ki, Termenciyanın "şübhəli və gizli biznes praktikası” onu şirkətdən uzaqlaşmağa məcbur edib.

Reyestr məlumatlarına əsasən isə ABŞ-ın ermənilərin sıx yaşadığı Kaliforniya ştatında qeydiyyatdan keçmiş "Palmali USA” LLC şirkətinin səlahiyyətli şəxsi qismində Levon Termencyanın oğlu Corc Termencyan göstərilir. Bu şirkət 2016-cı il oktyabrın 27-də qeydiyyatdan keçib və Mənsimovun borclarını refinans etməklə məşğuldur.

Levon Termenciyanla Mənsimov arasında münasibətlər Türkiyədə çoxdan bəllidir. Bu erməni diaspor xadimi tez-tez Mənsimovun Türkiyə təşkil etdiyi məclislərin qonağı olub, onun yaxtasında dincəlib, işgüzar münasibətlər qurub və ABŞ-a qayıdıb. İnternet mənbələrində "Palmali USA” LLC şirkətinin fəaliyyətinə dair informasiyalara rast gəlinmir, amma Mənsimov Termenciyanla görüşləri barədə Türkiyədə həvəslə danışırmış.

Mənsimov Termencyanla tərəfdaşlığını heç vaxt təkzib etməyib, əvəzində mətbuatı onun əleyhinə “sifarişli yazılar” yazmaqda günahlandırıb və sosial şəbəkələrdən emosional bəyanatlar yaymaqla kifayətlənib. Bir vaxtlar Azərbaycan nefti sayəsində böyük gəlirlər əldə edən, amma müəmmalı şəkildə pulları “batırıb” SOCAR qarşısında nəhəng borcları yaranan bu oliqarx indi patriotizmdən, təmiz, dürüst biznesdən danışır.

İndi biznesinin qalıqlarını birtəhər Türkiyədə cəmləşdirib yenidən özü barəsində uğurlu, dürsüt iş adamı obrazı formalaşdırmağa çalışan M.Mənsimov üzləşdiyi bəlanın, biznesinin çökməsinin səbəblərini öz uğursuzluğunda və ya işlərin düz getməməsində, göylərdən gələn hansısa dərd-bəlada, yaxud bir vaxtlar cəlb olunduğu qaranlıq əməllərdə deyil, məhz Azərbaycanda və SOCAR-da görür.

Ötən il isə Mənsimovun Azərbaycan iqtidarı tərəfindən məhz "talış olduğu üçün" müflis edildiyi barədə tezis ortaya atılmışdı və talış separatçılarının xaricdə mənzillənmiş internet televiziyasında bu barədə təbliğat aparılırdı. Məqsəd nə idi-Azərbaycana qarşı vaxtaşırı olaraq talış kartını işə salmağa çalışan erməni dairələrindən dəstək ummaq?

Həmin tezis tezliklə puç oldu, amma neft pullarının mənimsənilməsi, dürüstlük və ədalət barədə həmişə danışmaq olar. Bunlara pafoslu vətənpərvərlik şüarlarını da əlavə edəndə müxalifətçilik eləmək üçün hər şey tamamdır...

Virtualaz.org

Şərhlər

XƏBƏR LENTİ