SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Ən fağır nazir"dən şok qərar - Xaricdəki şirkətini bağladı

"Ən fağır nazir"dən şok qərar - Xaricdəki şirkətini bağladı

Tarix:

14-04-2019, 12:15

/ 1 087 dəfə oxundu.
"Ən fağır nazir"dən şok qərar - Xaricdəki şirkətini bağladı

Keçmiş nazir Hüseynqulu Bağırov ailəsinə məxsus çoxsaylı şirkətlər barədə sənədlər yayılandan sonra bəzi profilaktik tədbirlərə əl atıb.

Bu haqda məlumatı jurnalist Cavanşir Həsənli yayıb. O, bildirib ki, sabiq ekologiya və təbii sərvətlər naziri Londonda qızı Sevinc Bağırovanın adına olan STAMINA CONSULTANCY & DEVELOPMENT LIMITED (şirkət qeydiyyat nömrəsi: 07838302) şirkətini bağlamaq üçün qızının adından Britaniya ədliyyəsinə rəsmi müraciət edib.
Müraciət 2019-cu ilin fevralın 5-də reyestrə daxil edilib. Müraciətdə sözügedən şirkətin ləğvi xahiş edilir. Martın 13-dən şirkət rəsmən ləğv olunub. Yeri gəlmişkən bu şirkət 2011-ci ilin 8 noyabrından fəaliyyətdə idi.

Hüseynqulu Bağırov daha bir şirkəti ilə bağlı da diqqət çəkən addım atıb. Belə ki, o, qızının adına olan NORDFİELDS İNVESTMENTS LİMİTED (qeydiyyat nömrəsi: 08557695) şirkətini bu il martın 13-dən bacısı Düriyyə Nuriyevanın adına keçirib.
Şirkətin 30 mart 2019-cu ildə Hüseynqulu Bağırovun qızının imzası ilə reyestrə daxil edilən sonuncu maliyyə hesabatına görə, keçmiş nazirin təkcə bu şirkətdəki cari aktivləri 1 milyon 860 min 945 funt sterlinqə (təxminən 2,5 milyon dollar) çatıb.

Keçmiş nazirin oğlunun Almaniyanın Wuppertal şəhərindəki WU IMMO CENTER Gmbh şirkətinin aktivlərində də ciddi artım müşahidə olunub və son hesabata görə 6 milyon 170 min avrodan 10,9 miyon avroya çatıb.
"Ən fağır nazir"dən şok qərar - Xaricdəki şirkətini bağladı
"Ən fağır nazir"dən şok qərar - Xaricdəki şirkətini bağladı
"Ən fağır nazir"dən şok qərar - Xaricdəki şirkətini bağladı
"Ən fağır nazir"dən şok qərar - Xaricdəki şirkətini bağladı
"Ən fağır nazir"dən şok qərar - Xaricdəki şirkətini bağladı

Şərhlər

XƏBƏR LENTİ