SON DƏQİQƏ

XalqXəbər.Az
Yüklənir...

Avtobusdan istifadə edən sərnişinlər... - Bu xəbəri mütləq oxuyun!

Avtobusdan istifadə edən sərnişinlər... - Bu xəbəri mütləq oxuyun!
7-09-2016, 17:18244Oxunub.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində sərnişin daşınma sahəsində optimallaşdırma işlərini davam etdirir.

BNA-nın İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarovanın verdiyi məlumata görə, həyata keçirilən optimallaşdırma tədbirləri şəhər mərkəzi, eləcə də ətraf kənd və qəsəbələrdə nəqliyyat və sərnişin axınının real vəziyyətini əsk etdirən təhlillərə əsaslanır. Bununla yanaşı Bakı şəhərində sərnişindaşıma sahəsində keyfiyyətin artırılmasına yönələn bu tədbirlər zamanı sakinlərin çoxsaylı müraciətləri də mütləq qaydada nəzərə alınır. Məhz elə qeyd edilən bu amillərə əsaslanaraq Bakı Nəqliyyat Agentliyi 15, 24, 93 və 172 saylı marşrut xətlərinin hərəkət trayektoriyasında dəyişiklik edib.

Belə ki, əvvəllər 15 saylı marşrut xətti üzrə avtobuslar Keşlə qəsəbəsindən Bakı Metropoliteninin "Qara Qarayev” stansiyası istiqamətində hərəkət edirdi. Dəyişiklikdən sonra isə sərnişinlər 15 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarla Bakı Olimpiya Stadionuna və "Böyük Şor” bulvarına gedə biləcəklər. Bakı ətrafı qəsəbələrdən Bakı Olimpiya Stadionuna və "Böyük Şor” bulvarına getmək istəyən sərnişinlər 172 saylı marşrut avtobusundan istifadə edə bilərlər. Belə ki, əvvəllər adı çəkilən marşrut xətti Bilgəh, Maştağa və Zabrat qəsəbələrindən keçməklə Heydər Əliyev prospekti ilə Metronun "Koroğlu” stansiyası yaxınlığındakı Nəqliyyatı Mübadilə Mərkəzinə daxil olurdu. Dəyişiklikdən sonra bu xətt üzrə avtobuslar Heydər Əliyev prospektindən keçməklə Bakı Olimpiya Stadionuna, oradan isə Metronun "Koroğlu” stansiyası yaxınlığındakı Nəqliyyatı Mübadilə Mərkəzinə hərəkət edəcək.
Bununla yanaşı metronun "Nərimanov” stansiyasından 24, "Dərnəgül” stansiyasından isə 93 saylı marşrut xətləri üzrə hərəkət edən avtobuslar da Bakı Olimpiya Stadionuna və "Böyük Şor” bulvarına daxil olacaq.

Məlumat üçün bildirək ki, 15 saylı marşrut xətti üzrə 4, 172 saylı marşrut xətti üzrə 2, 24 saylı marşrut xətti üzrə 1 və 93 saylı marşrut üzrə də 1 avtobus Bakı Olimpiya Stadionuna və "Böyük Şor” bulvarı istiqamətində hərəkət edəcək. Bunu nəzərə alaraq sərnişinlərdən xahiş edirik ki, qeyd edilən istiqamətə getmək üçün 15, 24, 93 və 172 saylı marşrut üzrə avtobuslardan istifadə edərkən məlumat löhvələrinə diqqət etsinlər.  

Qeyd edilən bu dəyişiklik Bakı Olimpiya Stadionunda çalışan əməkdaşların, həmçinin burada təşkil edilən yarışlar və müxtəlif kütləvi tədbirlər zamanı tamaşaçıların idman obyektinə rahat gediş gəlişini təmin edəcək. Bundan əlavə bu yenilik istirahət məqsədi ilə Stadion yaxınlığındakı "Böyük Şor” bulvarına üz tutan sakinlərin işini də asanlaşdıracaq. 

 

XƏBƏR LENTİ
GÜNDƏM
KÖŞE YAZARLARI
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ