SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sumqayıtda kuryoz: əmi polisin əli ilə sevənləri evlənməyə qoymur: “Cənab Ramil Usubov, yalvarırıq...” - Video

Sumqayıtda kuryoz: əmi polisin əli ilə sevənləri evlənməyə qoymur: “Cənab Ramil Usubov, yalvarırıq...” - Video

Tarix:

10-04-2019, 14:01

/ 1 469 dəfə oxundu.
Sumqayıtda kuryoz: əmi polisin əli ilə sevənləri evlənməyə qoymur: “Cənab Ramil Usubov, yalvarırıq...” - Video

Dünyada və Azərbaycanda sevgi azaddır. Amma sən demə, bu ölkədə sevmək, sevdiyinə qovuşmaq azadlığını da məhdudlaşdırmaq olarmış. Sizə nəql edəcəyimiz müraciət xarakterli həyat hekayəti belə deməyə əsas verir.

Eyni zamanda ona əsas verir ki, əlində təzyiq rıçağı, imkanları olan bəzi şəxslər sevənlərin bir-birinə qovuşması, vüsala çatmasına mane olmaq üçün rəşadətli, şərəfli, sabitliyimizin qarantı olan polisi bu işə qatır, onların fəaliyyətini gözdən salmağa çalışırlar.

Uzun sözün qısası, Salmanzadə TV-yə müraciət edən Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yaşayan Zeynalov Kamil Kamal oğlu sevdiyi xanım Pəncəliyeva Zümrüdlə qoşulub qaçıblar.

Buna səbəb onların ailə qurmasına imkan verməyən K.Zeynalovun əmisi Ceyhun Zeynalovdur.

Gəncin əmisi qardaşı oğlunun özlərinin istədiyi, diktə etdiyi qızla evlənməsini tələb edir. Orta əsrlər təfəkkürünə malik olan bu şəxs anlamır ki, sevənləri ayırmaq olmaz. Ancaq iş bununla bitmir.

Kamilin əmisi Sumqayıt polisi ilə olan münasibətindən istifadə edərək qardaşı oğluna təzyiq etdirir, hətta ona 10 sutkalıq inzibati həbs cəzası verilməsinə nail olur, bu da azmış kimi, indiyə qədər onun şəxsiyyət vəsiqəsini və xarici pasportunu özündə saxlayır.

Daxili İşlər naziri Ramil Usubova video müraciət edən Kamil Zeynalov yalvarır ki, onların qovuşmasına mane olan, təzyiq göstərənlərin durdurulmasına tapşırıq versin:

“Cənab nazir, siz ağsaqqalımız, ziyalımısınız. Azərbaycan polisi bizim güvən yerimizdir. Ancaq onun fəaliyyətinə kölgə salan bəziləri var.

Əmim Ceyhun Sumqayıt polisinin əli ilə məni Zümrüdlə rəsmi nikaha girməyimizə imkan vermir. Mən məcbur qalıb sevdiyim qızı qaçırmışam, Zümrüd könüllü şəkildə mənə qoşulub.

Biz bu ölkədə azad ola bilmirik. Axı biz kimə nə etmişik? Sevmək nə vaxtdan cinayətdir? Yalvarıram, balalarınıza qurban olum, mənə təzyiqlər dayansın”.

Kamil Zeynalova nazirə müraciətində bildirib ki, əmisi onu Sumqayıtın polis bölmələrində saxladır:

“Mənə 10 sutkalıq inzibati cəza verdilər, bizi ayırdılar. Sonra əmim məni Lerikə apardı, ordan Dağıstana apardı. Özümə qəsd etməyə cəhd göstərəndə Azərbaycana gətirdi.

Mən Dağıstanda olanda da Zümrüdlə danışırdım. Bütün bunların, təzyiqlərin arxasında əmim dayanıb.

Sumqayıtın 1-ci polis bölməsinin mənə qarşı etdikləri polisimizə, nazirliyimizin fəaliyyətinə xələl gətirir.

Axı bizim günahımız nədir? Sənədlərim əmimdədir, rəsmi nikaha girə bilmirik. İndi bir yedə olduğumuzu bilmirlər”.

K.Zeynalovla birlikdə Z.Pəncəliyeva da nazir R.Usubova müraciət edib: “Mən könüllü şəkildə Kamilə qoşulmuşam, heç bir məcburiyyət olmayıb. Evimizə polis gəlib, bizi incidib.

Bizim heç kəslə işimiz yoxdur, sadə ərahat buraxsınlar, sənədi versinlər, rəsmi nikaha girək, ailəmizi quraq, həyatımızı yaşayaq. Biz cinayət eləməmişik, hər bir vətəndaşın istədiyi adamla ailə qurmaq hüququ var”.

Həqiqətən də hər ikisi həddi-buluğa çatmış, müstəqil qərar vermək hüququ olan, bir-birini sevən gənclərin ailə qurmasına əngəl yaratmaq, sənədlərini müsadirə etmək qanunlara ziddi hərəkətlərdir.

Təəssüf ki, şərəfli, peşəkar, hər zaman vətəndaşlarımızın keşiyində duran polisimizin bu məsələyə alət olunması, Kamilin əmisinin polisin adına ləkə yaxması xoşagəlməz haldır. Gənclərin tək ümidi nazirlikdir və cənab R.Usubovun operativ şəkildə məsələyə reaksiya verəcəyinə ümis bəsləyirlər.

P.S. Cahan.info olaraq bildiririk ki, DİN rəhbərliyi gənclərin təhlükəsizliyi ilə bağlı addım atmaq, müraciəti araşdırmaq istəsə K.Zeynalovun bu nömrəsi ilə əlaqə saxlaya bilər (055-863-34-40)

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ