SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Mayda əfv olmayacaq, amma... - GƏLİŞMƏ

Mayda əfv olmayacaq, amma... - GƏLİŞMƏ

Tarix:

10-04-2019, 09:48

/ 1 017 dəfə oxundu.
Mayda əfv olmayacaq, amma... - GƏLİŞMƏ

Bu il Novruz bayramı ərəfəsində verilən əfv fərmanı ilə azad olunan dustaqlar siyahısında 50-dən çox siyasi məhbus var idi. Avropa İttifaqının alqışladığı bu qərar ən böyük əfv fərmanı kimi qiymətləndirildi.

Mayda isə daha bir əfv fərmanı imzalanacağı barədə proqnozlar səsləndirilir. Bu fərmanla hazırda həbsdə qalan digər siyasi dustaqların da azadlığa buraxılacağı ehtimal edilir.

Hazırda hüquq müdafiə təşkilatının siyasi məhbus kimi tanıdığı AXCP sədrinin müavini Seymur Həzi, Asif Yusifli, jurnalist Əfqan Muxtarlı, Saleh Rüstəmov, Səid Dadaşbəyli, inanclı fəallar mayda gözlənilən əfv fərmanı ilə azadlığa buraxıla bilərlər. Amma mayda əfv veriləcəyinə inananlar azdır. Onlar cəmi 2 ay sonra əfv olacağını gözləmirlər.

Hüquq müdafiəçisi Səidə Qocamanlı “Yeni Müsavat”a bildirdi ki, bir-birinə yaxın tarixdə iki əfv fərmanı verilə bilməz. Onun sözlərinə görə, Azərbaycanda belə presedent olmayıb.

“Martda geniş əfv verilməsi ona dəlalət edir ki, mayda əfv olmayacaq. Amma ayrı-ayrı şəxslərin məhkəmə qərarı və ya şərti cəza ilə azadlığa buraxılması halları ola bilər. Bu istiqamətdə işləyirik”, - deyə S.Qocamanlı qeyd etdi.

Hüquq müdafiəçisi hesab edir ki, dustağın əfv yazması vacib deyil: “Onun yerinə doğmaları, təşkilatlar müraciət yaza bilərlər. Son əfv veriləndə bir çoxları heç müraciət etməmişdilər.

Çünki bilavasitə prezidentin səlahiyyətində olduğuna görə dövlət başçısı humanistlik nümayiş etdirdi, ailələrə sevinc bəxş elədi.

Məsələn, Gözəl Bayramlı, Fuad Qəhrəmanlı, Bayram Məmmədov, Qiyas İbrahimov bildiyim qədər əfv yazmayıblar. Amma fikrimizi nəzərə aldılar.

Ümumiyyətlə, siyasi məhbus probleminin tam bağlanması vacibdir. Bizim siyahıdan 61 nəfər azadlığa çıxıb.

Ancaq Əfqan, Seymur, Səid və onunla tutulan daha iki nəfər, Nardaran hadisələrinə görə həbs olunanlar var. Onlarla bağlı müraciət edirik, işimiz davam edir".

Şərhlər

XƏBƏR LENTİ