SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Fikrət Məmmədov yola salınır – Məhkəmə sistemində kadr islahatları başlayır

Fikrət Məmmədov yola salınır – Məhkəmə sistemində kadr islahatları başlayır

Tarix:

9-04-2019, 10:29

/ 1 356 dəfə oxundu.
Fikrət Məmmədov yola salınır – Məhkəmə sistemində kadr islahatları başlayır

Prezident İlham Əliyevin son çıxışlarında məhkəmə sahəsində problemlərin olması ilə bağlı fikirləri və nəhayət bu sahədə islahatlarla bağlı fərmanı atılacaq addımların davam edəcəyini göstərir.

“Yeni Sabah”a bu haqda bilgi verən mənbənin sözlərinə görə, məhkəmə sistemi ilə bağlı qanunvericilik bazası təkmilləşdikdən sonra növbə kadr islahatlarına çatacaq. Artıq bununla bağlı müxtəlif məlumatlar da yayılmaqdadır.

20 ilə yaxındır ki, ədliyyə naziri olan Fikrət Məmmədovun yaxın aylarda yola salınacağı bildirilir. Prezidentə yazılan şikayətlərin böyük əksəriyyətinin ədliyyə sistemi ilə bağlı olduğunu nəzərə alan dövlət rəhbərliyi uzun illərdir bu sistemdə kök atmış məmurları yeni kadrlarla əvəz etməyi hədəfləyib. Məhkəmə hüquq sisteminə daxil olan digər sahələrin rüşvətxorlardan təmizlənməsi üçün kadırların yenilənməsi üzərində radikal addımlar atılacaq.

İslahatlar nazirliyin pentensiar və notariat idarələrini də əhatə edəcək.

“Yeni Sabah”

Şərhlər

XƏBƏR LENTİ