SON DƏQİQƏ

XalqXəbər.Az
Yüklənir...

Kərəm Mustafayev həbs təhlükəsi ilə üzləşib

Kərəm Mustafayev həbs təhlükəsi ilə üzləşib
24-06-2016, 17:06573Oxunub.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayevin həbs olunma təhlükəsi ilə üzləşib

Bu barədə daxil olan məlumatda bildirilir ki, Naxçıvan MTN-nin keçmiş rəhbəri Vəli Ələsgərov qapalı keçən məhkmədə Kərəm Mustafayevin əleyhinə ziddiyyətli ifadələr verib. Mənbənin dediynə görə, Ələsgərov Mustafevi Naxçıvanda tikinti sektorunda yol verdiyi külli miqdarda yeyintidə, habelə bu barədə Ali məclis sədrinə məlumat versə də, onun ört-basdır edilməsində ittiham edib.

Qeyd edək ki, Naxçıvanda olan hərbi hissələrdəki bütün tikinti işlərinə K.Mustafayevin qardaşı nəzarət edirdi. Nemət Mustafayevin nəzarət etdiyi tikinti işlərində ciddi yeyinti halları aşkarlanıb.

Qeyd edək ki, hadisələrin üstü Nemət Mustafayevin hərbi hissələrdən birində yüksək rütbəli hərbçi ilə arasında baş verən davadan sonra açılıb. Belə ki, N.Mustafayev mülki şəxs kimi bütün hərbi hissələrdə qardaşına görə "söz sahibi” olub. O, mülki şəxs olsa da ən yüksək rütbəli hərbçilərə belə əmrlər verirmiş, hətta onları təhqir edirmiş. Bir müddət əvvəl mətbyüksək rütbəli hərbçilərdən birini təhqir edən N.Mustafayev bunun cavabını yumruq zərbəsi ilə almışdı.

Mənbə bildirir ki, bu qalmaqladan sonra N.Mustafayevin fəaliyyəti araşdırılmağa başlanılıb. Onun qardaşının tutduğu postdan istifadə edərək bir neçə dəfə bu cür hallara yol verməsi aşkarlanıb. Daha sonra N.Mustafeyevin nəzarət etdiyi tikintidə yol verdiyi yeyintilər aşkarlanıb. Məlum olub ki, o daha çox tikintilərdə canlı qüvvə kimi hərbi hissələrdəki əsgərlərdən istifadə edirmiş. Bununla da işçi qüvvəsinə ayrılan vəsaiti mənimsəyirmiş. Bu barədə Ələsgərovda da məlumat olub. Bundan əlavə generalın "MTN işi” ilə əlaqəsinin olduğu da iddia olunur. Bu əlaqələr barədə də Ələsgərov məhkəmədə ifadələr verib. ənbə deyir ki, hazırda generalın həbs edilməsi səbəbi kimi bu iki iddia var. Lakin ən çox danışılan isə küllü miqdarda dövlət vəsaitinin mənimsənilməsidir.

Bu arda o da məlum olub ki, Naxçıvandakı hərbi birləşmədə xidmət çəkən zabitlər yaxın günlərdə korpus komandiri, general-leytenant Kərəm Mustafayevin qanunsuz əməllərinə qarşı Müdafiə naziri Zakir Həsənova müraciət imzalayacaqlar.

Gərginliyin bu həddə çatmasına səbəb indiyə qədər istifadə olunmamış məzuniyyətlərə görə zabitlərə pul verilməməsidir. Həmçinin Birləşmə komandirinin qeyri-qanuni olaraq zabitlərin məvacibindən pul tutulmasıdır. Xüsusən ehtiyat hissəsinin alınması və digər məsələlərlə bağlı bölük, batalyon səviyyəsində olan zabitlərdən texnika ilə bağlı pullar tutulur.

XƏBƏR LENTİ
GÜNDƏM
KÖŞE YAZARLARI
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ