SON DƏQİQƏ

XalqXəbər.Az
Yüklənir...

Zakir Həsənovdan əsgər ailələrini sevindirəcək qərar

Zakir Həsənovdan əsgər ailələrini sevindirəcək qərar
23-06-2016, 16:32335Oxunub.

Silahlı Qüvvələrdə növbəti dəfə "Açıq qapı" günü keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Silahlı Qüvvələr günü münasibətilə iyunun 26-da saat 11.00-da bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü təşkil olunacaq.

Həmin gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə şəxsi heyət üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.

Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək "Açıq qapı" günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq və digər mədəni-kütləvi tədbirlər keçiriləcəkdir. 

XƏBƏR LENTİ
GÜNDƏM
KÖŞE YAZARLARI
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ