SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Çoxdandır nazir olmaq istəyirdi... - Amma arzusuna çatmayacaq

Çoxdandır nazir olmaq istəyirdi... - Amma arzusuna çatmayacaq

Tarix:

14-03-2017, 14:06

/ 1 907 dəfə oxundu.
Çoxdandır nazir olmaq istəyirdi... - Amma arzusuna çatmayacaq

Çoxdandır nazir olmaq sevdasına düşən Səhiyyə Nazirinin müavini Elsevər Ağayev arzusuna yaxın kimi görünsə də, ortada kifayət qədər fərqli mənzərə var. Bu barədəbilgili qaynaqlardan informasiya daxil olub.
Xəbəri verən mənbə açıqlamasında iddia edir ki, keçmiş səhiyyə naziri, hazırda məhbəs həyatı yaşayan Əli İnsanovdan qalma yeganə kadr kimi diqqətə gələn Elsevər Ağayev zaman-zaman nazirlikdə durumu tam olaraq nəzarətə götürə bilməsi üçün çaba sərf edib. Nəhayətdə istəyinə nail olur. Nazirlik Elsevər Ağayevin rəqiblərindən təmizlənir. Oqtay Şirəliyev isə uzun müddət Əli İnsanovun "Qara kassası" kimi ad çıxarmış Elsevər Ağayevin gedişlərinə ram olur və onun maraq davasında məhz Ağayevin yanında dayanır.
Mənbə onu da bildirir ki, belə bir prosesin yekunu olaraq Oqtay Şirəliyevin özünün nazir postundan alınması gününün yetişdirilməsi gözləniləndir: "Elsevər Ağayev buna çalışır. Marağı budur. Amma nail olmayacaq. Çünki başqa dairələr də Şirəliyevin yerinə namizəd hazırlayır və bu əsnada daha çox adı hallandırılan şəxslərdən biri - hazırda Fövqəladə Hallar Nazirinin müavini postunu tutan Faiq Tağızadədir".

Çoxdandır nazir olmaq istəyirdi...

Mənbə iddia edir ki, əgər Oqtay Şirəliyevlə bağlı gediş əmri veriləcəksə, bu posta Elsevər Ağayevin təyinatı heç bir halda baş verməyəcək.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ