SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » DİN, DTX və DSX-dən Cəlilabadda ƏMƏLİYYAT

DİN, DTX və DSX-dən Cəlilabadda ƏMƏLİYYAT

Tarix:

16-03-2019, 15:48

/ 1 534 dəfə oxundu.
DİN, DTX və DSX-dən Cəlilabadda ƏMƏLİYYAT

Cəlilabad Rayon Polis Şöbəsi, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi və Dövlət Sərhəd Xidmətinin Göytəpə sərhəd dəstəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Uzuntəpə kənd sakini Ə.Baxşiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil şəhər ərazisində saxlanılıb.

Bu barədə DİN Mətbuat Xidmətindən məlumat verilib.

Nəqliyyat vasitəsinin salonundan çəkisi 1 kiloqram olan heroin aşkar edilərək götürülüb.

Davam etydirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 7 kiloqram 375 qram heroin, 5 kiloqram 135 qram tiryək, 815 qram metamfetamin və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Şərhlər

XƏBƏR LENTİ