SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Medi Club” klinikası məhkəməyə verildi - SƏBƏB

“Medi Club” klinikası məhkəməyə verildi - SƏBƏB

Tarix:

16-03-2019, 11:06

/ 1 690 dəfə oxundu.
“Medi Club” klinikası məhkəməyə verildi - SƏBƏB

Ağstafa rayonu Qıraq Kəsəmən kənd sakini Bənnayev Museyib Fəaliyyət oğlu “Medi Club” klinikasına qarşı məhkəməyə müraciət edib.
Bu barədə Faktinfo.az-a məlumat verən Museyib Bənnayev bildirib ki,klinika tərəfindən ona vurulmuş maddi və mənəvi ziyan səbəbindən Nəsimi rayon məhkəməsinə müraciət edilib.Lakin “Medi Club”un səlahiyyətli nümayəndəsi klinikanın Səbayıl rayonunda yerləşməsini əsas gətirərək, əks olunan iddiaya yerləşdikləri ərazi üzrə rayon məhkəməsində baxılmasını istəyib .Artıq vəkilim sənədləri məhkəməyə təqdim edib.

Qeyd edək ki,Museyib Bənnayev həyat yoldaşının əvvəlcə Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə olunduğunu, sonradan isə “Medi Club” Klinikasında müalicəsinin davam etdirildiyini və orada dünyasını dəyişdiyini bildirmişdi.Həmçinin, xeyli miqdarda maddi ziyana salındığını əsas gətirərək hər iki tibb müəssisəsinin həkimlərinə qarşı ciddi ittihamlar səsləndirmişdi. Bu barədə Faktinfo.az-da "Respublika Klinik Xəstəxanasından "Medi Club" Klinikasına qədər uzanan haqsızlıq-Ümüd dolu vədlər verərək 5000 AZN aldılar" başlıqlı məqalə yayımlanmışdı.

https://www.faktinfo.az/news/respublika-klinik-xestexanasindan-medi-club-klinikasina-qeder-uzanan-haqsizliq-umid-dolu-vedler-vererek-5000-azn-aldilar

Şərhlər

XƏBƏR LENTİ