SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Fireland Vineyards” MMC rəhbərinin ŞOK CİNAYƏTİ - külli miqdarda mənimsəmədə ittiham edilir

“Fireland Vineyards” MMC rəhbərinin ŞOK CİNAYƏTİ - külli miqdarda mənimsəmədə ittiham edilir

Tarix:

14-03-2019, 15:48

/ 1 549 dəfə oxundu.
“Fireland Vineyards” MMC rəhbərinin ŞOK CİNAYƏTİ - külli miqdarda mənimsəmədə ittiham edilir

“Fireland Vineyards” MMC-nin direktoru Səidov Elmar Çingiz oğlu külli miqdarda mənimsəmədə ittiham edilir.

ONA-nın xəbərinə görə, aparılan araşdırma ilə müəyyən edilib ki, E.Səidov tərəfindən götürülmüş 15 milyon manatdan çox pulun əməkhaqqı məbləğinin ödənilməsinə, yerdə qalan pulun isə tikinti işlərinin aparılmasına sərf ediləcəyini rəsmiləşdirməsinə baxmayaraq, qeyri-rəsmi əməkhaqqının kimlərə ödənilməsinə və tikinti materiallarının alınmasına dair heç bir sənəd təqdim edilməyib.

Eyni zamanda Şamaxı rayonunun Muğanlı kəndində və Oğuz rayonunda yetişdirilən üzüm bağlarından yığılmış məhsullardan 22 min manat dəyərində emal edilmiş şərab məhsullarının həcmi nəzərə alınmayıb. Üzüm istehsalı uçotunun düzgün aparılmaması nəticəsində Kənd Təsərrüfatı Nazirliyinə 7 milyon manatdan çox ziyan vurulub.

E. Səidov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə; külli miqdarda törədildikdə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb, araşdırma davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ