SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Arif Əsgərovun oğlu üçün həbs qərarı... VERİLƏ BİLƏR

Arif Əsgərovun oğlu üçün həbs qərarı... VERİLƏ BİLƏR

Tarix:

14-03-2017, 09:27

/ 1 502 dəfə oxundu.
Arif Əsgərovun oğlu üçün həbs qərarı... VERİLƏ BİLƏR

Respublikanın Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildikdən sonra keçmiş nazir Ziya Məmmədovun keçmiş müavini Arif Əsgərovun ailə üzvlərinin və qohumlarının adı keçən böyük dələduzluq əməli gündəmin əsas mövzularından birinə çevrilib. Hər gün mediada bununla bağlı yeni məlumatlar yayılır.

Amma çox maraqlıdır ki, 13 fevrala (2017) kimi nəqliyyat nazirinin müavini, 2009-2015-ci illərdə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində işləmiş Arif Əsgərov bu günə kimi cəmiyyətdə böyük əks-səda doğurmuş bu məsələyə münasibət bildirmir. Çox güman ki, deməyə sözü yoxdur. Çünki DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır çinayətlərin istintaqı şöbəsində aparılan araşdırma zamanı ortaya çoxsaylı faktlar çıxıb. Eləbunun nəticəsidir ki, A.Əsgərovun baldızı oğlanları Rahib və Emin Hüseynov qardaşları Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq, barələrində həbs-qətiimkan tədbiri seçilib.

Cəmiyyəti düşündürən isə sabiq nazir müavini Arif Əsgərovun oğlu Elnar Əsgərovla bağlı məqamlara aydınlıq gətirilməməsidir.

Məsələ ondan ibarətdir ki, Qoşqar Tofiq oğlu Zeynalovun şikayətində Elnar Əsgərovun adı çəkilməsə də, digər şikayətçi - Emil Kərim oğlu Məmmədovun şikayətində Elnar Əsgərovun və onun xalası oğlu Emin Hüseynovun adları çəkilir.

Belə ki, hələ ötən ilin martında Prezident İlham Əliyevə və Baş prokuror Zakir Qaralova göndərdiyi müraciətdə Emil Məmmədov ona qarşı edilən dələduzluq hərəkətinə görə iki şəxsi - Elnar Əsgərovu və onun xalası oğlu Emin Hüseynovu ittiham edib.

Prezident İ.Əliyevə və Baş prokuror Z.Qaralova ünvanladığı müraciətdə Emil Məmmədov yazır ki, bu iki şəxs əlbir olaraq onun pulunu mənimsəyiblər.

Hətta Emil Məmmədov sübut kimi Elnar Əsgərovun telefon nömrələri ilə apardığı danşıq və yazışmaları da qeyd edib.

Bundan başqa, Emin Hüseynovun 11 və 13 iyul 2013-cü il tarixlərində Emil Məmmədova öz əli ilə yazıb verdiyi qeyd-sənəddə də bu şəxsdən hansı tarixdə nə qədər pul alındığı öz əksini tapıb.

Şikayətçi Emil Məmmədovun Elnar Əsgərovla mesaj vasitəsilə yazışmalarında bu iki şəxs arasında pul məsələsi çox aydın şəkildə əksini tapıb. Ancaq indi Emin Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirlənsirilən şəxs qismində istintaqa cəlb olunsa da, Elnar Əsgərovla bağlı oxşar qərar qəbul edilməyib. Bu isə istintaqın obyektivliyinə şübhə yaradır.

Çox maraqlıdır ki, Rahib və Emin Hüseynov qardaşlarının valideynləri də, vəkilləri də Arif Əsgərovun özünün və ailə üzvlərinin istintaqa cəlb olunmasını tələb edirlər. Belə görünür ki, bu dəfə Hüseynov qardaşlarınından "günah keçisi” düzətmək o qədər də asan olmayacaq. Çünki ortaya qoyulan dəlillər və cinayət işi üzrə həbs olunanların ifadələri Elnar Əsgərovun həbsini qaçılmaz edə bilər. Sabiq nazir müavini Arif Əsgərovun oğlunu həbsdən yalnız hüquq-mühafizə orqanlarının qanunsuz əməlləri xilas edər. Ancaq Əsgərovlar ailəsi buna çox ümid bəsləməsinlər.

Digər tərəfdən, Emin Hüseynovdan fərqli olaraq onun qardaşı Rahib Hüseynov "Azərbaycan Dəmir Yolları” QSC-də Marketinq şöbəsinin müdiri olub və QSC-də baş verənlərdən məlumatlıdır. Rahib Hüseynov Arif Əsgərovun sədri olduğu (2009-2015-ci illərdə) "Azərbaycan Dəmir Yolları” QSC-nin tenderləri hansı prinsiplərlə həyata keçirdiyini, A.Əsgərovun həyat yoldaşı Balaxatın Məmmədovanın hissəsdarlarından və təsisçilərindən olduğu "Araz ltd” MMC-nin maliyyə əməliyyatları ilə bağlı çox ilginc məlumatlara malik azsaylı şəxslərdən biridir. Buna görə də, Rahib Hüseynov sirləri açmağa başlasa istintaq və cəmiyyət "Araz ltd” MMC, "Park Tarvel” MMC, "Adaman Group” MMC, "Real Təmizlik” MMC, "Arko-ltd” MMC, "Selva” MMC, "Xəlil-Bərəkət” MMC və "HİLUX SERVİCES” MMC-lərin həyata keçirdiyi maliyyə əməliyyatları haqqında ilginc məlumatlar alacaq. Bu şirkətlərin əksəriyyətinin isə Arif Əsgərovun ailə üzvlərinin nəzarətində olması haqqında məlumatlar var və həmin məlumatı araşdırmağa çalışırıq. Ümid edirik ki, Rahib və Emin Hüseynovlar, onların ailə üzvləri bu məsələdə bizə yardım edəcəklər. Çünki məhz bütün həqiqətlərin üzə çıxması Hüseynov qardaşlarının işini asanlaşdıra, onlara qarşı planları poza bilər.

Reyting.az

Şərhlər

XƏBƏR LENTİ