SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycanlılar Acunun TV8 kanalını almaq istədilər – Satmadı..

Azərbaycanlılar Acunun TV8 kanalını almaq istədilər – Satmadı..

Tarix:

12-03-2019, 14:19

/ 1 118 dəfə oxundu.
Azərbaycanlılar Acunun TV8 kanalını almaq istədilər – Satmadı..

Acun TV8 kanalını azərbaycanllara məxsus olan “Global Medya Group A.Ş” şirkətinə satmaqdan imtina edib

Uzun müddətdir ki, Türkiyədə TV8 kanalını alaraq mediya patronluğuna soyunan Acun İlicalının kanalının satışa çıxarılacağı söylənilirdi. Məsələ ilə bağlı Acun İlicalı açıqlama yayıb.

Qeyd edək ki, Türkiyənin ünlü televiziya aparısı Acun İlicalının “MNG Holding”dən TV8 kanalını 70 milyon dollara almışdı.

“Yetenek Sizsiniz Türkiye”, “Survivor”, “O Ses Türkiye” kimi reytinq rekordları qıran bir çox proqramı öz kanalında yayımlayan Acun İlicalının borcları səbəi ilə kanalı satışa çıxarması və 3 ayrı şirkətdən Acuna təklif gəldiyi iddia olunurdu. Hətta iddilara əsasən Acun bu təkliflərdən birini qəbul edib.

3 fərqli təklif hardan gəlmişdi?

Acunun 70 milyon dollara aldığı kanalı “Doğuş Holding”ə satdığı bildirilirdi. Hətta tərəflər arasında satış işlərinin başladıldığı da bildirilidi.
Ancaq daha əvvəl azərbaycanllara məxsus olan “Global Medya Group A.Ş” ilə görüşən Acun görüşdə anlaşma saxlaya bilməyincə “Medical Park” ilə görüşmüş və bu görüşdə razılığa gəlindiyi iddia olunmuşdu.

Acunun kanalına son təklifin isə İsveçrə şirkətindən gəldiyi bildirilir. “Maxam Holding”in TV8 kanalına yaxşı bir təklif verdiyi qeyd olundu. Maxam Holding” ünlü iş adamı Mahmud Karakeçiliyə aiddir. Karakeçili 2016-ci ildə “Lange” şirketler qrupunu satın alaraq “Maxam Holding”i qurub.

Acun iddiaları təkzib etdi

Bir müddətdir ki, gündəmi məşğul edən iddilarla bağlı Acundan açıqlama gəlib. Ünlü televiziya aparıcısı iddiları təkzib edib: “Təkliflər gəldiyi doğrudur, amma bu təkliflər söz edilən yerdən gəlməyib”.
Xatırladaq ki, uzn müddətdir ki, azərbaycanın ən iri media holdinqi kimi təqdim edilən “Global Media” Türkiyədə xəbər telekanalı açmağa çalışır. Şirkət daha əvvəl istanbulda “Cine 5” və “Kanal 6” telekanalları satın alıb. “Global Media” həmin kanalların binasında yerləşib və bina son texnologiya əsasında tamamilə yenilənib. Türkiyə mənbələri “Global Media” şirkətinin 8 televiziya kanalına, 4 internet portala və 2 qəzetə nəzarət etdiyini bildirir.

Tərcümə PİA.az-ındır

Şərhlər

XƏBƏR LENTİ