SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Beynəlxalq Bankın Qazax filialının müdiri hegomonluq edir

Beynəlxalq Bankın Qazax filialının müdiri hegomonluq edir

Tarix:

13-03-2017, 21:16

/ 5 999 dəfə oxundu.
Beynəlxalq Bankın Qazax filialının müdiri hegomonluq edir

Azərbaycan Beynəlxalq Bankın İdarə Heyətinin sədri Elmar Məmmədov az bir müddət işləsə də bankda çoxsahəli fırıldaqları ilə yadda qaldı. Yol verdiyi ciddi nöqsanlara görə işindən kənarlaşdırıldı. Lakin onun kadrı olan Beynəlxalq Bankın Qazax Filialının müdiri Rahib Vəliyev hələ ki yerindədir. Onun müştərilərlə kobud davranışı, iqtiasdi çətinliyin belə bir vaxtda krediti gecikdirənlərə qarşı hədə-qorxu gəlməsi, hətta evlərinə gedərək “qoçuluq etməsi” açıqca coxlarını intihar həddinə çatdırıb. Bu gün artıq bankın Qazax filialının qarşısından keçənlər Allaha yalvarmalı olurlar. Bu deyilənlər heç də bənzətmə deyil, bir həqiqətdir.

Qazax şəhər Əhməd Seyidov küçəsi 143 nömrəli evdə yaşayan, şəhid ailəsi, məcburi köçkün Alıyev Elşad Cəbrayıl oğlunun başına gələnlər lap möcüzədir. Bildirdiyimiz kimi bu oyunda baş rolun ifaçısı filalın müdiri elə Rahib Vəliyevdir. Belə ki, ehtiyac ucbatından sözügedən bankın filialından kredit götürən məcburi köçkün, 2 körpə uşaq atası Elşad Alıyev kredit götürəndə nə qədər sevinmişdirsə, sonradan o qədər də kədərlənib. Kredit götürəndıə AKKORD-da işləyən Alıyev həmişə kreditini vaxtı-vaxtında ödəmiş, həmin günə kimi heç bir narazılıq yaranmamışdır. Elə olur ki, Alıyevin tutduğu vəzifə ixtisara düşür. Kreditinin ödənilməsində çətinliklər yaranır. Amma, qaçmır və köçmür. Bunu görən filialın müdiri, Elmar Məmmədovun adamı Rahib Vəliyev müştərisini yanına çağırır və təhqir edir. Eyni zamanda, bildirir ki, sən kredit götürəndə kimlərə rüşvət verdiyini rəsmi yaz. Elşad Alıyev müdirin berlə cılız hərəkətinə qəti şəkildə etirazını bildirir. Üstəlik təkid edir ki, yenidən müqavilə bağla, kredit müddəti uzadılsın. Bu barədə tapşırığını Emil adlı işçisinə verir. Çox keçmir ki, Emil müqaviləni gətirir və qaçaraq imza atdırır. İmkan vermir ki, müqavilədə nə yazılıdığın müştəri oxuya bilsin. Nəhayət, Elşad Alıyev bankdan uzaqlaşır. Arasından 10-15 gün keçmiş Elşad Alıyevi Qazax Rayon Prokurorluğuna çağırırlar. Ərizə və şikayətlər əsasında korrupsiyadan gəlmiş nümayəndə Elşad Alıyevi dinidirir və kredit götürəndə kimlərə rüşvət verdiyini soruşur. Elşad Alıyev daş atıb başını tutur ki, “nə şikayət, nə kredit götürəndə rüşvət vermək? Mən heç kimə 1 qəpik də olsun kredit götürəndə rüşvət verməmişəm”. Sən demə “torbada pişik varmış”. Fiilialın müdiri Rahib Vəliyev müştərisinə kreditin uzadılması barədə imza atdırmayıb. Öz yanından Elşad Alıyevin kredit götürındə guya rüşvət verməyi haqqında sənədə imza atdırıblar. Elə buradaca “xoruzun quyryğu görünür”.

Demək nöqsanları azmış kimi Elmar Məmmədovun adamı bu işlə də, yəni müştərisinə şantaj və böhtan atmaqla da məşğuldur.

Başına gələn oyundan vahimələnən şəhid ailəsi, müştəri Elşad Alıyev Beynəlxalq Bankın qaynar xəttinə kimi çıxır. Arasından 3-4 saat keçmiş, Rahib Vəliyev Elşad Alıyevin tanımadığı 2 nəfər şəxslə filiala məxsus 10 PL 118 Dövlət nömrə nişanlı qara rəngli CİP “Hundai” maşınla onun evinə gəlir. Başalyır ki, “təcili təkzib et, yoxsa səni öldürəcəyəm”. Müştərinin sərt üzünü görən müdir onu körpə uşaqlarılnın və həyat yoldaşının yanında təhqir edir. Həm də heç kimdəm qorxmadığını və lazım olsa Elşad Alıyevi aradan götürəcəyi haqqında hədə-qorxu gəlir. Sonra çıxıb gedirlər (Elşad Alıyevin yaxın dostu da gördüklərini bizə danışıb).

Bəli, bu da Elmar Məmmədovun Qazaxdakı kadrı, Beynəlxalq Bankın Qazax Filialının müdiri Rahib Vəliyev! Hələ bu aysberqin görünən tərəfidir, bəs görünməyən tərəfi?

O da məlumdur ki, Rahib Vəliyev ixtisasca xarici dil müəllimidi. Qəribədir: “Gəmi hara, zəmi hara?” Bəlkə də sabiq idarə heyətinin sədri Elmar Məmmədov Rahib Vəliyev kimilərinin ciddi nöqsanlarına görə işindən kənarlaşdırıldı? Sual olunur, bəs onun Rahib Vəliyev kimi qeyri-ixtisas sahibləri niyə yerində sayır? Həmişə deyilənə görə Elmar Məmmədovu özünə tələbə yoldaşı hesab edən Rahib Vəliyev indi millətdən nə istəyir? Nə üçün öz peşəsində çalışmır? Belə baxanda Elmar Vəliyevin müştərisinin başına açdığı oyunlara görə müəllimlik kimi sadə və təmiz bir peşəyə də ləkə gətirir.

Görəsən, Beynəlxalq Bankın Hazırkı İdarəı Heyətinin sədiri cənab Xalid Əhmədov Qazaxda hegemonluq edən işçisi Rahib Vəliyev haqqında nə filirdədir?

Mövzunu diqqətdə saxlayacağıq.

Qarşı tərəfin fikrini də dinləməyə hazırıq.

P.S: Yazı materialı bankın müştərisi şəhid ailəsi, məcburi köçkün Elşad Alıyevin ərizəsi əsasında hazırlanmışdır.

Teref.info

Şərhlər

XƏBƏR LENTİ