SON DƏQİQƏ

XalqXəbər.Az
Yüklənir...

Prezident Bərxudarova general rütbəsi verdi

Prezident Bərxudarova general rütbəsi verdi
20-04-2016, 12:01754Oxunub.

Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə təltif etdiyi hərbiçilərdən biri polkovnik, birləşmə komandiri Mais Bərxudarovdur. 

Bunu açıqlamasında hərbi ekspert Üzeyir Cəfərli deyib. Onun sözlərinə görə, ötən gün Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyev Mais Bərxudarova general-mayor hərbi rütbəsini şəxsən təqdim edib. 

O, Füzuli rayonu istiqamətində - Lələ təpə yüksəkliyini və on kilometrlərlə ərazimizi düşməndən azadetmə əməliyyatında şəxsən iştrak edib, Erməni Silahlı Qüvvələrinin çoxsaylı qüvvələrini çox məhdud sayda əsgər və zabitləri ilə məhv edib sıradan çıxarıb.

Qeyd edək ki, birləşmə komandiri olmasına baxmayaraq general şəxsən döyüş texnikasının arxasına keçib. 

XƏBƏR LENTİ
GÜNDƏM
KÖŞE YAZARLARI
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ