SON DƏQİQƏ

XalqXəbər.Az
Yüklənir...

Cavid Qurbanov naziri danladı: Səlim Müslümov İlqar Qurbanovdan üzr istədi…

Cavid Qurbanov naziri danladı: Səlim Müslümov İlqar Qurbanovdan üzr istədi…
18-04-2016, 10:05521Oxunub.

 
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəhbəri İlqar Qurbanovla münasibətlərinin gərgin olması barədə məlumat vermişdik.
"Cavid Qurbanovun qardaşı nazirə meydan oxuyur…” başlıqlı məqalə dərc edildikdən sonra Səlim Müslümovun rəhbərlik etdiyi nazirlikdə çalışan işçilərdən biri əlaqə saxlayaraq bununla bağlı ŞOK doğuracaq məlumat verdi. Adının gizli qalmasını istəyən işçinin sözlərinə görə, Səlim Müslümov açıq şəkildə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanovun qardaşı İlqar Qurbanovdan çəkinir. Onun işlərinə faktiki olaraq qarışmır.
Mənbə bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin son kollegiya iclaslarının birində Səlim Müslümov İlqar Qurbanovu ayağa qaldıraraq işində yol verdiyi qanunsuzluqlarla bağlı sərt tənqid edib. Əsl həngamə də bundan sonra başlayıb. Belə ki, Cavid Qurbanov qardaşı İlqar Qurbanovun kollegiya iclasında nazir tərəfindən sərt tənqid olunmasını eşidincə Səlim Müslümova zəng edərək, onu sərt şəkildə danlayır.  Bir sözlə Səlim Müslümova yerini göstəririr. Cavid Qurbanovun zəngindən sonra Səlim Müslümov Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin binasına gələrək İlqar Qurbanovla görüşür. Mənbə Səlim Müslümovla İlqar Qurbanov arasında görüşün yarım saat çəkdiyini və görüşdə nazirin kolleqiya iclasında səsləndirdiyi sərt tənqidlərə görə, Cavid Qurbanovun qardaşından üzr istədiyini də sözlərinə əlavə etdi.
Mənbənin dediklərinin tam olaraq doğru olduğunu iddia etmirik. Media qurumu olaraq məlumatı dəqiqləşdirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti rəhbəri Elman Babayevlə əlaqə saxladıq.
Elman Babayev açıqlamasında belə məsələlərə münasibət bilmədiyini dedi.
"Azərbaycan Dəmir Yolları”nın mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov vasitəsi ilə Cavid Qurbanovun münasibətini öyrənmək cəhdlərimiz də alınmadı. Xidmər rəhbəri Cavid Qurbanovun ölkədə olmadığını dedi.
Köməkçisi ilə əlaqə saxlayıb, İlqar Qurbanovun məlumata münasibətini öyrənmək istəsək də, bu cəhdimiz də boşa çıxdı.
Bununla belə məqalədə adı hallanan şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.
"AzToday"
 

XƏBƏR LENTİ
GÜNDƏM
KÖŞE YAZARLARI
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ