SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "ASAN xidmət” və “ASAN Kommunal”da sabah qeyri-iş günüdür

"ASAN xidmət” və “ASAN Kommunal”da sabah qeyri-iş günüdür

Tarix:

7-03-2019, 13:33

/ 1 363 dəfə oxundu.
"ASAN xidmət” və “ASAN Kommunal”da sabah qeyri-iş günüdür

8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri - iş günü olacaq.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, martın 9-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər. Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.

Məlumatda xatırladılıb ki, Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Şərhlər

XƏBƏR LENTİ