SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Keçmiş hakimə qarşı şok ittihamlar... - Dələduzluq...

Keçmiş hakimə qarşı şok ittihamlar... - Dələduzluq...

Tarix:

22-02-2019, 12:07

/ 984 dəfə oxundu.
Keçmiş hakimə qarşı şok ittihamlar... - Dələduzluq...

Azərbaycan Respublikası Prezidentinin
hüquq mühafizə orqanları ilə iş və hərbi
məsələlər üzrə köməkçisi - şöbə müdiri cənab Fuad Ələsgərova

Kəlbəcər rayonunda doğulmuş, hal-hazırda Rusiya vətəndaşı olan, Abşeron rayonu Saray qəsəbəsi N.Nərimanov kücəsi ev 5-də qeydiyyatda olub orada yaşayan Abdullayev Rüstəm Həbib oğlu tərəfindən

ƏRİZƏ

Hörmətli, Fuad müəllim!

Xeyli müddətdir hüquq mühafizə orqanlarında mənim şikayət ərizəmlə bağlı obyektiv araşdırma aparılmadığı, məni aldadım pulumu ələ keçirmiş, əvvəllər hakim işləmiş Lətif Nəbiyev barəsində heç bir qanuni tədbir görülmədiyi, əksinə onun hüquq mühafizə orqanları tərəfindən qanunsuz olaraq müdafiə olunduğu üçün Sizə müraciət etməyə məcbur olmuşam.

Belə ki, mən Kəlbəcər rayonunda doğulmuşam. Uzun müddət Rusiya Federasiyasında yaşamışam Mənim yaxın qohumlarım Azərbaycan Respublikasında yaşayırlar. Mən mütəmadi olaraq Azərbaycana gəlib-gedirəm. Əvvəllər Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində və Bakı şəhəri Suraxanı rayon məhkəməsində hakim işləmiş, işdə yol vermiş olduğu qanunsuz hərəkətlərinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə işdən azad olunmuş Lətif Ədil oğlu Nəbiyevlə 2008-ci ildə onun qohumları vasitəsi ilə tanış olmuşam. Sonra hər dəfə Bakı şəhərinə gələndə Lətif Nəbiyevlə görüşmüşük, onunla yeyib içmişik, normal münasibətlərimiz olmuş, söhbət zamanı o mənim Rusiyada bizneslə məşğul olmağım bilmişdir. 2012-ci ilin may-iyun aylarında Lətif Nəbiyevlə bir yerdə olduğumuz zaman o, mənə bildirdi ki, Azərbaycanda tikinti-inşaat işləri aparmaq niyyətindədir, bunun üçün müəyyən avadanlıq alması lazımdır, lakin onun buna maddi imkanı çatmır. Ona təcili pul lazımdır. O biznesi yaxşı bacarır, onun boyük gəlirləri olacaq və mənim ona verəcəyim pulu da tez bir müddətdə qaytaracaqdır. Mən də onunla uzun bir müddət ərzində tanış olduğuma, onun əvvəllər vəzifələrdə işləməyinə görə ona inanırdım. Ona inanmamaq üçün heç bir əsasım yox idi. Ona görə də Lətif Nəbiyevin göstərişi ilə onun qaynı Sadıqla birlikdə Bakı şəhərindəki banklardan birinə gedib Lətif Nəbiyevin mənə qabaqcadan demiş olduğu bank hesabına 20.000 ABŞ dolları məbləğində pul köçürdüm. Lətif Nəbiyev dediyi vaxtda işə başlamadı. Mən ona bu barədə bildirdikdə, o mənə dedi ki, sənədləşmə işlərində bir az ləngimə var, ona görə işə başlama ləngiyir. Mən ona narazılığımı bildirərək, işlərimin dalınca Rusiya Federasiyasına qayıtdım. 2012-ci ilin avqust ayında mən Rusiyada olan zaman Lətif Nəbiyev mənə zəng edərək işə başlamaq üçün əlavə pul lazım olduğunu bildirdi. Mən yenə ona inanaraq Lətif Nəbiyevə ilkin olaraq 2000 ABŞ dolları pul göndərdim. Sonra yenə Lətif Nəbiyev biznes işlərinin normal getdiyini, işlərin yaxşı olacağını bildirərək məndən yenə pul istədi. Həm də o mənə deyirdi ki, işləri çox yaxşı olacaq, məni də bu işə qatacaq, ona verəcəyim puldan da artıq mənə pul qazandıracaqdır. Mən də ona inandım. Ona görə də Gəncə şəhərində yaşayan qardaşım Uğurluya zəng edərək pul tapıb Lətif Nıəbiyevə çatdırmasını bildirmişəm. Qardaşım Uğurlu da hissə-hissə olmaqla Lətifə iki ay müddətində 28.000 ABŞ dolları pul vermişdir. Lətif Nəbiyev bu pulları alan zaman mənə

bildirirdi ki, pulların hamısını 2012-ci ilin oktyabr ayının 20-nə kimi qaytaracaqdır. Hətta mənə əlavə pul da verəcəkdir. Lətif Nəbiyev mütəmadi olaraq mənimlə telefon əlaqəsi saxlayırdı və həmişə də mənə işlərinin yaxşı getdiyini, hər şeyin super olacağını deyirdi. 2012-ci ilin oktyabr ayının 20-dən sonra mən daimi olaraq ona zəng edərək pulu qaytarmasını tələb edirdim. Bu münvalla xeyli müddət keçdi, mən pulumu təkidlə tələb edəndə Lətif Nəbiyev tezliklə pulu qaytaracağını, ayrı-ayrı təşkilatlardan, eyni zamanda AKKORD şırkətindən 200.000-manat alacağı olduğunu bildirirdi və inandırırdı ki, pulu tezliklə qaytaracaqdır. Bu minvalla xeyli vaxt keçdi, lakin o müxtəlif bəhanələr gətirərərk pulu qaytarmırdı. 2017-ci ildə mən Azərbaycan Respublikasında olan zaman Lətif Nəbiyev mənə zəng edərək mənimlə vacib işi olduğunu bildirdi. Mən də elə bildim ki, mənim pulumu qaytaracaqdır. Onunla görüşən zaman Lətif Nəbiyev mənə bildirdi ki, yaxınlarda imkanlı şəxslərlə qohum olacaqdır (hətta qohum olacağı şəxslər barədə mənə ətraflı bildirdi). Ona vəzifə təklif olunubdur. Hər işi yaxşı olacaq, tezliklə mənim pulumu qaytaracaqdır. Böyük işlər görüləcək, səni də Rusiyadan gətirib bu işlərə cəlb edəcəkdir. 2017-ci ilin aprel ayında Lətif Nəbiyev mənə zəng edərək mənə adlarını dedikləri qohumlarının köməyi ilə Gəncə şəhərində su-kanalizasiya işləri görəcəyini və bu iş üçün ona 5000 ABŞ dollar pul lazım olduğunu söylədi və işlərinin uğurlu olacağını bildirirb nəticədə mənim ona verdiyim pulları tam qaytaracağını dedi. Mən onun yeni qohumlarının imkanlı olduğunu bildiyim üçün yenə də ona inandım və qardaşım Sultan vasitəsi ilə ona Abşeron rayonunun Saray qəsəbəsində iki dəfəyə 5000 dollar pul çatdırdım. Özüm də hissə-hissə olmaqla Rusiya Federasiyasından bank vasitəsi ilə Lətifə 4700 dollar pul göndərdim. 2017-ci ilin iyun ayında Lətifin təkidi ilə Azərbaycana qayıtdım, Lətiflə görüşdüm. Onunla söhbət zamanı mən gördüm ki, Lətif Nəbiyev bütün bu müddətdə məni aldatmışdır. Onun mənə bu müddət ərzində dediyi işlər onun dediyi kimi olmamış, onun dediyi qaydada biznes işi də qurmamışdır. Mən Lətifdən 60000-ABŞ dollarımı tələb edəndə o məni Gəncədə gördüyü iş yerinə apardı, məni işlə tanış etdi, bir neçə gündən sonra mənim xahişimlə işlə bağlı bağladığı müqaviləni mənə göstərdi, mən müqavilə ilə tanış olduqdan sonra ona dedim ki, bu müqavilə ilə heç bir qazanc əldə etmək mümkün deyil. O mənə dedi ki, nə işinə qalıb ayda təxminən 18000-manat qazancın olacaq. Mən də razılaşdım və fikirləşdim ki, heç olmasa qazancım olmasa da ona verdiyim 60000-ABŞ dollarımı geri ala bilərəm. Bununla da üç aya qədər onun yanında oldum. Bu müddətdə onun işinə kömək etdim və o mənə hissə-hissə 10000-manata qədər pul verdi. Sonra gördüm ki, Lətif məni yenə aldadır, hətta fəhlələrin pulunu belə xeyli vaxtdır ki, vermir. Ondan sonra fəhlələr ondan pulunu tələb etməyə başladılar. Lətif də hamının pulunu verəcəyinə söz verib Bakı şəhərinə qaçdı. Mən Lətifə zəng edərək nə vaxt Gəncə şəhərinə gələcəyini soruşurdum. O da mənə iki-üç günə gələcəyini bildirsə də Gəncə şəhərinə gəlmədi. Mən təxminən 10-15 gün gözlədikdən sonra Bakı şəhərinə gəldim. Lətif Nəbiyevin evinə gedib pulumu tələb etməyə başladım. O mənə dedi ki, yaxın müddətdə verəsiyəm. Danışıq zamanı Lətifin oğlu Elxanın dediyinə görə Lətif məndən aldığı 9700-ABŞ dolları pulu qızı Günelin toyuna xərcləmişdir. Mən artıq onun məni aldatmasına tam əmin olduqdan sonra ona vermiş olduğum pullarımı intensuv surətdə, yəni özünə, oğluna, tanışlarına müraciət etməklə tələb etməyə başladım. Həmişə də o mənə bildirirdi ki, bu gün sabah pullarını qaytaracağam, güya onun “NZS”-də torpaq sahəsi var onu satacaq, Sabunçu qəsəbəsində evi var onu satıb mənim pulumu qaytaracaqdır. Sonda isə o, mənə “istəyirsən vur öldür, mənim sənə verəcək pulum yoxdur”-deyə cavab verdi. Həm də dedi ki, hara şikayət edirsən et, sənin şikayətinə burada baxılmayacaqdır. Mənim burada geniş əlaqələrim var, heç kim mənim barəmdə tədbir görməyəcəkdir.

Lətif Nəbiyevin mənə sənin şikayətinə Azərbaycanda baxmayacaqlar deməsində bir həqiqət varmış. Sanki qərarı Lətif Nəbiyev yazır onlar da imzalayırlar. Mən Rusiya Vətəndaşı olsam da Azərbaycanda doğulmuşam, Azərbaycanı sevirəm, Azərbaycanın təəsübünü heç kimə verməmişəm və vermək də istəmirəm. Lakin mənim şikayətimə baxmayan hüquq mühafizə orqanları məni məcbur edirlər ki, mən Rusiya Vətəndaşı kimi hüquqlarımın qorunmasını başqa yerdə axtarım. Mən daxilən Azərbaycanlıyam və mənim bir vətənim var, o da Azərbaycandır. Azərbaycan olan yerdə digərlərinə müraciət etməyi özümə qəbahət hesab edirəm. Mən Rusiya Azərbaycan Cəmiyyətinin üzvü olmuşam, Cəmiyyətin fəaliyyətində Yaxından iştirak etmişəm. Lətif Nəbiyevin bu hərəkəti nəticəsində mən maddi cəhətdən çətinlik çəkirəm, ailəmlə birlikdə qohumlarımın himayəsi altında qalmışam..Bacı və qardaşlarım, anam məcburi köçgündürlər, mən həmişə onlara dayaq olmuşam, indi isə mən ailəmlə birlikdə imkanı olmayan məcburi köçgün qohumlarımın ümidinə qalmışam.

Hörmətli, Fuad müəllim!

Siz Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi kimi Respublikamızda böyük nüfuza maliksiniz. Ona görə mənim ərizəmi nəzarətinizə götürməyinizi, ərizəmin tam, hərtərəfli və obyektiv araşdırılmasına, aldadılaraq məndən alınmış 60.000-ABŞ dolları pulumun Lətif Nəbiyevdən alınaraq mənə ödənilməsinə və təqsirkar şəxslərin barəsində qanuni tədbir görülməsinə göstəriş verməyinizi xahiş edirəm.

Əvvəlcədən sizə öz minnətdarlığımı bildirirəm.
İmza : Abdullayev Rüstəm Həbib oğlu (Tel: 050) 744-50-80)
14 fevral 2019-cu il

moderator.az

Şərhlər

XƏBƏR LENTİ