SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sabiq nazir müflisləşir: 7 milyona satılan villa Fazil Məmmədovundur?

Sabiq nazir müflisləşir: 7 milyona satılan villa Fazil Məmmədovundur?

Tarix:

5-02-2019, 23:31

/ 1 400 dəfə oxundu.
Sabiq nazir müflisləşir: 7 milyona satılan villa Fazil Məmmədovundur?

Elan saytlarından birində 7 milyonluq villanın satışa çıxarıldığı məlumat verilib. Bu informasiya sosial şəbəkələrdə paylaşılıb və müzakirələrə səbəb olub.

Cahan.info xəbər verir ki, şərh yazanlardan biri villanın Ucarın icra başçısı Mənsur Məmmədova məxsus olduğunu iddia edib. Lakin bəzi mənbələrdən sızan məlumatda deyilir ki, həmin malikanə sabiq vergilər naziri Fazil Məmmədova aiddir.

Uzun müddətdir ki, canı ilə əlləşən F.Məmmədovun vəzifədən çıxarıldıqdan sonra böyük bir kapitalı geri qaytardığı bildirilir. Onun ayağında milyardlar olduğu söylənir.

Sabiq nazirin vəziyyəti o qədər ciddidir ki,yarımçıq tikilmiş villasını da satmağa hazırlaşdığı deyilir.

İndi yalnız səhhətini və sağlamlığını düşünən F.Məmmədovu nə əmlakları, nə biznesi maraqlandırır. Onun tərki-silah edildiyi və müflisləşdiyi prosesi getməkdədir.

F.Məmmədov ölkədə sahibkarların “qanını içən” nazirlərdən olub və illərlə ölkədə iş adamlarına ağır vergilər yükləməklə məşğul idi. Onun gedişi ilə biznes mühitində müəyyən qədər nəfəsliklər açılıb.

Sabiq nazirin Bakının müxtəlif yerlərində villaları var. Hətta Şəmkirdə bir villası yanaraq kül olmuşdu. Uzun illər ölkənin ən iri məmur oliqarxları sırasında qərarlaşan F.Məmmədovun böyük biznes imperiyası var.

Yəni yoxlamalar onun hələ əyalətdəki “xırda” hesab olunan obyektlərindən başlayıb. F.Məmmədovun obyektlərində işdən çıxarılandan 11 ay sonra yoxlamalar başlaması təsadüfi sayılmır.

17 il Vergilər Nazirliyinə rəhbərlik etmiş F.Məmmədov həmin dövrdə vergi şəklində yığılan 4 milyard manata yaxın vəsaitin büdcədən yayındırılaraq ofşorlara yönləndirildiyi barədə xəbərlər var.

Ümumilikdə isə sabiq nazirin 15 milyarda yaxın vəsaiti qamarladığı xəbərləri yayılıb və bu günə qədər təkzib olunmayıb.

Sabiq nazirin ata yurdu Şəmkirdə isə demək olar ki, hər tində bir müəssisəsi, fabriki, istixanaları, quşçuluq fabrikləri və s. biznes strukturları var.

Təsadüfi deyil ki, Fazil Məmmədovun fəaliyyətini ucqarlardan - onun qeyri-rəsmi qubernatorluğuna daxil olan Şəmkir və Gədəbəydə araşdırmağa başlayıblar.

İlkin yoxlamalarla müəyyən olunub ki, Fazil Məmmədovun qohum-qardaşının yaşadığı Şəmkir rayonunda 5 il əvvəl salınan parka görə büdcədən nə az, nə çox, düz 830 milyon manat silinib. Faktiki isə parkda görülən işlərin dəyəri 83 milyon manatdan da az olub.

Bundan başqa məlum olub ki, 2010-cu ildə ölkə rəhbərliyinin iştirakı ilə açılışı baş tutan Gədəbəyin yeganə stadionunu Fazil Məmmədov 2015-ci ildə özününküləşdirlib.

Fazil Məmmədovun Ukrayna paytaxtında 5 ulduzlu hoteli, siqaret, təkər zavodu və böyük bazarı var. Hotel Kiyevin mərkəzində, “11 Mirrors Design Hotel” adlanır.

Kiyevdəki “Vladimirski” bazarı sabiq vergilər nazirinin böyük biznesinin kiçik bir parçasıdır. Kiyevdəki bazarlar arasında böyüklüyünə görə ilk üçlükdə olan bu bazarda paltar və meyvə-tərəvəz satılır.

Kiyevin ən bahalı bazarı hesab olunur. Ukraynadakı təkər zavodunun 49 faizi, Xarkov siqaret zavodunun səhmlərinin 41 faizi sabiq nazirə məxsusdur.

Sabiq nazirin Ukraynanın kurort şəhəri Truskovetsdə də olduqca lüks hoteli var. Həmin hotel “Mir” adlanır. Nazirin hotelində ən müxtəlif kateqoriyadan nömrələr var.

Bu nömrələr arasında “Prezident stili” kateqoriyasından olanlar xüsusi diqqət çəkir. Hotelin ölçücə ən böyük olan bu nömrəsi 126 kvadratmetrdir.

Bunlar sabiq nazirin xaricdəki böyük biznesi haqda kiçik məlumatlardır.

Şərhlər

XƏBƏR LENTİ