SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Şəhid ailələrinə müraciət

Şəhid ailələrinə müraciət

Tarix:

30-01-2019, 15:37

/ 1 037 dəfə oxundu.
Şəhid ailələrinə müraciət

Azərbaycan Dövlət Sığorta Kommersiya şirkəti müraciət yayıb.

Müraciətdə Azərbaycanın ərazi bütövlüyü uğrunda 1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və itkin düşmüş hərbi qulluqçuların vərəsələrinin nəzərinə çatdırılır ki, birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir.

Bununla əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müarciət edib 11000 manatı ala bilərsiniz.

Şərhlər

XƏBƏR LENTİ