SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin zavodunda dava düşüb?

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin zavodunda dava düşüb?

Tarix:

28-01-2019, 16:30

/ 1 131 dəfə oxundu.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin zavodunda dava düşüb?

Azərbaycanda fəhlə iclas zamanı vəzifəli şəxsə hücum edib.

Hadisə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin zavodunda baş verib.

Belə ki, QSC-nin “Bibiheybət” Gəmi Təmiri Zavodunun direktoru Nəsib Qəhrəmanov xidməti otağında zavod kollektivi ilə müşavirə keçirən zaman orada fəhlə işləyən 40 yaşlı Elçin Qəmbərov otağa daxil olaraq müşavirəni pozub.

Məlumatda deyilir ki, o, direktora hücum edərək ona zor tətbiq edib.

E.Qəmbərov zavodun mühafizəçiləri tərəfindən saxlanılaraq polisə təqdim edilib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndən məsələyə münasibət bildirilməyib.

Demokrat.az

Şərhlər

XƏBƏR LENTİ