SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Alışanov bizə 220 manat maaş verirdi, normal məvacib istəyirik" - MÜRACİƏT

"Alışanov bizə 220 manat maaş verirdi, normal məvacib istəyirik" - MÜRACİƏT

Tarix:

26-01-2019, 17:22

/ 1 147 dəfə oxundu.
"Alışanov bizə 220 manat maaş verirdi, normal məvacib istəyirik" - MÜRACİƏT

CƏMİYYƏT

"Alışanov bizə 220 manat maaş verirdi, normal məvacib istəyirik" - MÜRACİƏT
25.01.2019 18:09 Oxundu 922
Facebook Google LinkedIn Twitter Whatsapp

"Mən 44 ildir - 1975-ci ildən Əməkdar Kollektiv Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrində çalışıram. Bizim aldığımız aylıq məvacib heç süpürgəçi maaşına da çatmır".
Bu sözləri Yeniavaz.com saytına müraciətində adıçəkilən Orkestrin üzvü Şahvələd Qurbanov deyib.
Onun sözlərinə görə, kollektivin 60-dan çox işçisi var, ancaq Arif Alışanovun vaxtında onların maaşının artırılması məsələsinə diqqət yetirilməyib: "220 manat maaş verilən iş olar indiki dövrdə? Sadəcə biabırçılıqdır. Orkestrdə çalışanlar əlacsız qalıblar. Mənim 65 yaşım var, bu məsələni gündəmə gətirməkdə məqsədim odur ki, kollektivdəkilər normal maaş alsınlar, cavanlar ailələrini dolandıra bilsinlər. Orkestrdə 60-dan çox işçi var, maaş azlığı baxımından uçurumdayıq.
Orkestrin bəzi üzvləri vəziyyətdən çıxmaq üçün yarımştatla başqa yerdə işləyirlər. Heç vaxt bu məsələ rəhbərlik qarşısında gündəmə gətirilməyib, daha doğrusu, rəhbərliyin qorxusundan heç kim danışmayıb. Bəziləri deyib ki, "məni işdən çıxararlar ac qalaram, susuz qalaram". Onların da ümidi bir mənədir ki, fürsət düşüb, açıb dərdlərini deyim, mən ağsaqqalam. Dirijorun maaşı yaxşıdır, həm bədii rəhbər, həm də dirijor maaşı alır. Onlar da qorxurlar ki, birdən işdən çıxarılarlar, ona görə heç kimə məlumat vermirdilər. Heç olmasa, bizə 350-400 manat maaş verilsin. Arif Alışanov AzTV-də milyoner oldu, bizə isə 220 manat maaş verirdi. Bizdə 5 kollektiv var, hərəsinə 10 nəfər artıq işçi yazıb, maaşını götürüb cibinə qoyanda, ayda görün nə qədər pul edir? Nə haqsızlıq, ədalətsizlik var idi AzTV-də, bilirsiniz? Biri də bir kəlmə söz danışan kimi deyirdilər "çıxarın onu işdən". Elə bil özlərinin şəxsi obyekti idi".
Şahvələd Qurbanov kanalın yeni rəhbərliyinin bu məsələyə diqqət yetirməsini arzuladıqlarını söyləyib: "Hamı istəyər ki, rəhbəri yaxşı insan olsun, düzgün olsun, işçinin haqqını versin, maaşı yaxşı olsun. Biz nə istəyirik - öz sənətimizlə məşğul olaq və normal maaş alaq ki, ailəmizi dolandıra bilək. Bizim orkestr 1931-ci ildə Üzeyir Hacıbəyov tərəfindən yaradılıb. Pis gündəyik, hamı ancaq bizim adımızdan istifadə edir. Bu kollektiv unudulub, 1 dənə əməkdar artist adı verilən üzvü yoxdur. Xahiş edirik, bizi də nəzərə alsınlar".

Şərhlər

XƏBƏR LENTİ