SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qarabağ qazisi Ramil Usubova şikayət etdi

Qarabağ qazisi Ramil Usubova şikayət etdi

Tarix:

10-03-2017, 18:21

/ 4 459 dəfə oxundu.
Qarabağ qazisi Ramil Usubova şikayət etdi

Qarabağ qazisi İsmayılov İsrail Sabir oğlu daxili işlər naziri cənab Ramil Usubova ünvanlanmış şikayət məktubu göndərib.

Məktubun mətnini olduğu kimi təqdim edirik:

"Hörmətli cənab nazir!

Yazıb sizə bildirmək istəyirəm ki, mən İsmayılov İsrail Sabir oğlu 1962-ci ildə Xocalıda anadan olmuşam. 1991-ci ildən "Xocalı yerli özünü müdafiə batlayonu”nda xidmətə başlamışam. Xocalı faciəsində sakinlərimizin rayondan çıxarılmasında şəxsən iştirak etmişəm. 1997-ci ilə qədər 701 saylı hərbi hissədə xidmət etmişəm. Özüm ikinci qrup Qarabağ əliliyəm. Buna baxmayaraq mən yenə də torpaqlarımızın müdafiəsi uğrunda döyüşməyə hazıram.

Hörmətli cənab nazir!

Sizə bir problemimlə bağlı müraciət etmişəm. Belə ki, mən 2011-ci ildə uzaq qohumum Abbasov Umidəli Aydın oğlu tərəfindən aldadılmışam. O, dələduzluq yolu ilə məndən 8000 (səkkiz min) manat pul alıb mışdır və qohumumu polisdə işə düzəldəcəyinə söz verib. Lakin heç bir iş görməyib və mənim pulumu da bu günə kimi qaytarmayıb. Mən sonradan anladım ki, aldadılmışam. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdim. Hal-hazırda iş Nəsimi rayon Polis idarəsinin 22-ci polis idarəsindədir. Faktla bağlı cinayət işi də açılıb, ancaq çox təəsüf ki, heç bir müsbət cavab yoxdu.

Hörmətli cənab nazir!

Sizdən bir Qarabağ əlili, bir Xocalı sakini kimi xahiş edirəm mənə köməklik göstərəsiniz. Pulumun adı çəkilən dələduzdan alınaraq mənə qaytarılmasında yardımçı olasınız. Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm.

Hörmətlə: İkinci qrup Qarabağ əlili İsmayılov İsrail Sabir oğlu.

Tel: 050-483-41-08"

Qarabağ qazisi Ramil Usubova şikayət etdi
Qarabağ qazisi Ramil Usubova şikayət etdi

Şərhlər

XƏBƏR LENTİ