SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Məmurların mənzillərini də ictimai nəzarətə götürmək lazımdır”

"Məmurların mənzillərini də ictimai nəzarətə götürmək lazımdır”

Tarix:

18-01-2019, 23:57

/ 973 dəfə oxundu.
"Məmurların mənzillərini də ictimai nəzarətə götürmək lazımdır”

İqtisadçı ekspert Rövşən Ağayev prezident İlham Əliyevin xidməti maşınlarla bağlı verdiyi fərmanı şərh edib.
R. Ağayav bildirib ki, fərmandan da göründüyü kimi, belə görünür ki, xidməti maşınların sayı azalacaq:

"İzləyənlər bilir, bir müddət əvvəl 10 il ərzində dövlət büdcəsindən xidməti maşınlara sərf olunan xərclərin məbləğini paylaşmışdım - söhbət 700-800 mln. dollardan gedirdi.

Yaxşı xəbərdir, amma məmurların təkcə xidməti maşınlarını deyil, şəxsi avtomobillərini, hələ üstəlik yaşadığı mənzilləri də ictimai nəzarətə götürmək lazımdır. Söhbət bütün normal ölkələrdə olduğu kimi vəzifəli şəxslərin gəlir və əmlak bəyannaməsi mexanizminin tətbiqindən gedir. Çünki ayda 1500 manat maaşa qulluq edən məmurların hətta 30 min dollarlıq maşında gəzib 70-80 min dollarlıq evdə yaşaması belə onun əliəyriliyinin ilk işartısıdır. Bizdə bununla bağlı qanun 14 il əvvəl - 14 iyun 2005-ci ildə qəbul edilib. Amma bu günə qədər bircə maddəsi belə işləməyib. Özü də bu qanunda nəzərdə tutulandan fərqli olaraq, bütün məmur bəyannamaləri ictimaiyyət üçün açıq olmalı, hər kəsin məmurların və seçkili rəsmilərin şəxsi qazancları və varidatı barədə xəbər tutmaq imkanı olmalıdır.
İslahat deyiriksə, real olanlardan biri məhz budur”.

Qeyd edək ki, prezident İlham Əliyevin imzaladığı növbəti fərmanlardan biri də mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət adından yaradılan publik hüquqi şəxslərdə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə xidməti nəqliyyat vasitələri ilə təmin edilməli vəzifələrin siyahısının ölkə prezidenti ilə razılaşdırılmasıdır. Fərmanın 8.7.1-ci yarımbəndinə əsasən müəyyən olunacaq siyahıdan kənarda qalan vəzifələrdə işləyən şəxslərə xidmət edən xidməti nəqliyyat vasitələrinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin balanslarından çıxarılaraq özəlləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilməsi təmin edilməlidir və nəticəsi barədə prezidentə məlumat verilməlidir.

Şərhlər

XƏBƏR LENTİ