SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » 100 min rüşvət alan gömrük əməkdaşı MƏHKƏMƏ QARŞISINDA

100 min rüşvət alan gömrük əməkdaşı MƏHKƏMƏ QARŞISINDA

Tarix:

10-01-2019, 12:57

/ 1 307 dəfə oxundu.
100 min rüşvət alan gömrük əməkdaşı MƏHKƏMƏ QARŞISINDA

100 min manat rüşvət almada təqsirləndirilən Ayaz Cəfərəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə elan olunub ki, A.Cəfərəliyevin barəsində həbs qətimkan tədbiri seçilməyib.

Məhkəmənin baxış iclasının yanvarın 16-na təyin edilib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumata əsasən, Bakı Baş Gömrük İdarəsi "İpək yolu" gömrük postuna təhkim olunan Baş Gömrük Mühafizə Xidmətinin "Şimal" gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Cəfərəliyev Ayaz Nəcəfqulu oğlu "İpək yolu" gömrük postunun 6-cı anbarında xidmət aparan zaman qulluq mövqeyindən sui-istifadə edərək "S3 Safety" MMC-nin ünvanına daxil olan yük nəqliyyat vasitəsinə baxış keçirdiyi üçün həmin şirkətin nümayəndəsi Rəhimov Rəşad İbrahim oğlundan 100 manat məbləğində qeyri-qanuni pul vəsaiti istəyib, Rəhimov Rəşad İbrahim oğlu da ona qeyri-qanuni olaraq 100 manat məbləğində vəsaiti verib. Xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə Baş Gömrük Mühafizə Xidmətinin "Şimal" gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi, gömrük xidməti mayoru A.Cəfərəliyev "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 69-cu maddəsinə əsasən, gömrük orqanlarından xaric edilib. A.Cəfərəliyev və R.Rəhimov barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Onun barəsində cinayət işi başlanılıb və Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

Şərhlər

XƏBƏR LENTİ