SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » DYP-nın "canlı minaları"-14-cü otaqda nələr baş verir

DYP-nın "canlı minaları"-14-cü otaqda nələr baş verir

Tarix:

10-01-2019, 09:40

/ 2 727 dəfə oxundu.
DYP-nın "canlı minaları"-14-cü otaqda nələr baş verir

Bakı şəhər yol polis idarəsində xalqı necə incidirlər hamıya yaxşı məlumdur.Əsas maraqlandıran məsələ odur ki bu idarədə vətəndaşların şikayətlərinə düzgün baxa bilmirlər. Bir söz bilirlər , cərimə kompüterə düşüb, deyerək insanları başlarından edirlər.
Yüzlərlə insan idarənin qarşısında qapıların qarşısında boynunu büküb bu idarənin bürokratik , süründürməçilik əzabın daşıyırlar.
İnsanlar işindən, gücündən olub gəlib vaxtlarını yol polisinin qapısında niyə itirməlidirlər.
Ümumiyyətlə hər bir rayonun yol polisinin və Respublika yol polisinin olduğu halda Şəhər yol polisinə nə qadar ehtiyac var? Görün nə qadar dövlət büdçəsi yüklənmışdir. Nə qədər az iş görüb çox maaş alan qurumlar var.
Keçək bizim məsələyə deməli maşınımızın cəriməsi ilə bağlı cərimə meydaçasına aparıldı və bununla bağlı Bakı şəhər yol polis idarəsinin 14- cü otağında əyləşən Xeyrulla müəllimə müraciət etdim.150 manat pul ödədim və dedim qalanında bir neçə gün sonra gəlib ödəyəcəmki tam sıfırlansın.Çeki istədikdə isə arxayın olun gələndə verəcəm hamisinnın çekini 150 manatlıq cəriməniz isə artıq silindi.Bu gün isə getmişdim qeyd etdiyim həmin 14-cü otağa cərimə ta ödəyim məlum olduki cəriməm azalmaq əvəzinə dahada artıb və həmin cərimə 150 manat ödənməyib.Cərimənin çekini tələb etdikdə isə deyir "kompüterdə silinib",deyirəm axı heçnə silinməyib .Öz ödədiyim hansıdır onlardır amma sizə təqdim etdiyim 150 manatlıq cəriməm ödənməyib.Deyir çek yoxdur yadakı baxaram taparam verərəm,tapmaramda nə bilirsiniz edin.
902 qaynarxəttə bu barədə şikayət etdim araşdırıb mənə dedilər ki,sabah günün ikinci yarısında gedib çekinizi götürün.Burda sual doğur axı niyə yerində çek verilmir niyə insanları aldadırlar.Hamı qaydaları bilmir indi sizə kimsə inanır pulu yerində ödəyir amma Xeyrulla "müəllim" kimilər cibinə qoyub heç bir cərimə silmirsiniz .Bu qədər özbaşınalıq olmaz.Polis daxili təhlükəsizliyi qoruyan bir orqandır amma polisin bir çoxu insanların təhlükəsizliyini bilə bilə pozurlar.Şikayət edirsən rəsmi cavab gözləyirsən gah deyirlər poçtla göndərilib .Rəsmi cavab almağa adamda tapmırsan.İndi dərdimizi kimə deyək hara müraciət edək bilmirəm.

Bu ölkədə hər bir yol polisi əməkdaşının gündəlik haqqı olduğunu, bu pulların üzü yuxarı DYP rəhbərliyi üçün toparlandığını hamı bilir. Millətin böyük bir qismi büna artıq öyrəşib və «onların da işi budur, axşama plan verməlidirlər» kimi yol polisinə haqq qazandıranlar da olur. Bəziləri yolda verdiyi pulu sadağa hesab edir, bəziləri ölkə başçısına kömək və s.

Bir misal çəkim qonşu dövlət olan və iqtisadiyyatı və gücü bizdən qat -qat zəif olan Gürcüstanda yol polisi ləğv olunub, bir dənə də olsun DYP postu yoxdur. Azərbaycanda isə postların, polislərin, DYP maşınlarının sayı artır, yollar boyu sanki «canlı minalar» düzülüb, bir postdan, ikincidən, üçüncüdən keçsən də, mənzil başına çatana qədər haradasa ilişməlisən. Gürcüstandai polis öz vətəndaşlarının rifahına, bizdəkilər isə vətəndaşların diz çökdürülməsinə çalışır.Bu özbaşınalığın bir sonu olmalıdır.Ümumiyyətlə bu gün ölkəmizdə hər yer kameradır,yol polisinə nə ehtiyac var bilmirəm.

Bakupress.az

Şərhlər

XƏBƏR LENTİ