XalqXəbər.Az

Hakim Aygün Abdullayeva haqda ŞOK İDDİA

yüklənir...
Hakim Aygün Abdullayeva haqda ŞOK İDDİA
9-01-2019, 20:06
yüklənir...

“Ali hüquq təhsilli olmadığı halda Prezident Aparatının hüquq şöbəsində hüquqşünas ixtisası üzrə öz xidməti vəzifəsini necə yerinə yetirib?”

“Təklif edirəm respublikanın bütün rayonlarında və şəhərlərində vətəndaşlarımızın qəsdən hüquqlarının pozulması ilə əlaqədar qanunu ictimai təşkilatlar yaradaq…”

Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 539-cu məhəllə, ev 18/7, mənzil 75-də yaşayan Bayramov Yasin Ziyədəli oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Milli Məclisinin sədri Oqtay Əsədova, ədliyyə naziri Fikrət Məmmədova, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevə müraciət edən şikayətçi yazır:

“Bakı şəhəri Nizami Rayon Məhkəməsinin sabiq hakimi Aygün Abdulla qızı Abdullayeva 2006-cı il 19 aprel tarixli, 2-501/2006 saylı gizli və saxta qətnamə çıxararkən, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 6 və 7 hissələrinə əsasən mənim hüquqlarımı kobudcasına pozmuşdur.

Konstitusiyanın 125-ci maddəsinin I hissəsində məhkəmə hakimiyyətinin ədalət mühakiməsi yolu ilə həyata keçirilməsi təsbit edilir, 60-cı maddəsinin I hissəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir.

Konstitusiyanın yuxarıda qeyd edilən maddələri və Azərbaycan Respublikasının qanunvericiliyi hakim A.A.Abdullayeva tərəfindən bilə-bilə qəsdən kobudcasına pozulmuşdur. Hakim A.A.Abdullayeva anlamır ki, məhkəməyə təqdim olunmuş saxta sübutları necə müəyyən etməlidir.

Azərbaycan Respublikasının MPM-nin 175.1-ci maddəsinə əsasən məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmaqla maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.

Azərbaycan Respublikasının MPM-nin 173-cü maddəsinə əsasən məhkəmə iclası işə, işdə iştirak edən şəxslər mütləq xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Hakim A.A.Abdullayeva hansı səbəbə görə hakim andını qəsdən pozaraq həmin Məcəllənin 217.2.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməsini kobudcasına (yəni gizli və saxta qətnamə çıxarmışdı) pozmuşdur.

Həmin Məcəllənin 176.1-ci maddəsinə əsasən məhkəmə (hakim) iclas zalına daxil olduqda məhkəmə iclası katibi “Məhkəmə gəlir” elan edir və məhkəmə iclasında iştirak edənlərin hamısı ayağa qalxır. İclas zalında olan bütün şəxslər məhkəmə qətnaməsinin və ya iş qətnamə çıxarılmadan qurtardıqda məhkəmə qərardadlarını ayaq üstə duraraq dinləyirlər... Qeyd edilən qanun pozulmasını artıq Azərbaycan Respublikasında “Hürriyyət” qəzetinin oxucuları bilir.

Həmin Məcəllənin 179.1.2-ci maddəsinə əsasən məhkəmə iclasının katibi həmin iş üzrə çağırılanlardan kimin gəldiyini, gəlməyənlərə məhkəmə bildirişlərinin verilib-verilmədiyini və onların gəlmələrinin səbəbləri barədə nə kimi məlumatlar olduğunu məhkəməyə məruzə edir. Həmin Məcəllənin179.2-ci maddəsinə əsasən sədrlik edən prosesə gələn iştirakçıların şəxsiyyətini müəyyən edir. Vəzifəli şəxslərin və nümayəndələrin səlahiyyətlərini yoxlayır. Qeyd edilənlər məhkəmə iclası olmadan saxta məhkəmə protokoluna qeyd edilib. Həmin saxta protokol hakim və katib tərəfindən imzalanmışdır.

Əgər saxta iddia ərizəsinə əsasən hakim A.A.Abdullayeva xarici ölkəyə çıxış olmuş Bayramov Ziyədəli Yasin oğlunu iddiaçı hesab etmişdirsə, onda qanuna görə aşağıdakı hərəkətləri etməyə borcluydu. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildiriş verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. Belə olan halda hakim və katib bilir ki, Z.Y.Bayramova bildiriş verilməyib. Lakin onlar bilməyiblər ki, onun ölkədən çıxış olub. Ona görə də hakim və katib hal-hazırda gizli və saxta qətnamələrinə don geyindirə bilmirlər?

Məhkəmədə qətnamənin çıxarılması və elan edilməsi aşağıdakı əsaslara görə olmalıdır.

İşi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Məhkəmə qətnaməni Azərbaycan Respublikası adından çıxarır. Qətnamə məhkəmə iclasında çıxarılır. Qətnamə çıxarıldığı zaman müşavirə otağında yalnız işə baxan hakim, yaxud məhkəmə ola bilər. Başqa şəxsin müşavirə otağında olmasına yol verilmir.

Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir.

Azərbaycan Respublikasında Dövlətin adından Prezident və Məhkəmə (hakim) danışa bilər. Belə olan halda hakim A.A.Abdullayevaya mövcud olan qanunlara əsasən səlahiyyət verilmir ki, gizli və saxta çıxardığı məlum qətnaməsini Dövlətin adından çıxarsın.

“Aygün Abdullayeva 1997-ci ildə Prezident Aparatının hüquq şöbəsində işləyərkən qiyabi ali hüquq təhsili alıb….”

Azərbaycan Respublikasının Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilər. Hakim A.A.Abdullayeva 1997-ci ildə Prezident Aparatının hüquq şöbəsində işləyərkən qiyabi ali hüquq təhsili alıb. Prezident Aparatının hüquq şöbəsində hüquqşünas ixtisası üzrə hakim A.A.Abdullayeva 5 ildən artıq işləməsi tərəfimdən aydınlaşdırılacaq. Ona görə ki, Prezident Aparatının hüquq şöbəsində işləyən əməkdaşların hamısı hüquqşünas ixtisası üzrə işləmir. 2000-ci ildən A.A.Abdullayevanın hakim işləməsi mənim üçün çox maraqlı məsələdir. Ona görə ki, əgər A.A.Abdullayevanın ali hüquq təhsilli olmadığı halda Prezident Aparatının hüquq şöbəsində hüquqşünas ixtisası üzrə öz xidməti vəzifəsini necə yerinə yetirib? Pedaqoji ixtisası olan A.A.Abdullayeva Prezident Aparatının hüquq şöbəsinin 3 (üç) şöbə müdirinin tabeçiliyində fəaliyyət göstərib. Hal-hazırda Azərbaycan Respublikası vətəndaşlarına sübutdur ki, Prezident Aparatının hüquq şöbəsinin 1992-ci ildən 2000-ci ilə qədər əməkdaşı olmuş A.A.Abdullayeva gizli və saxta qətnamə çıxarmışdır. Yəni, Prezident Aparatının hüquq şöbəsində kadrların seçilib yerləşdirilməsi ölkə əhalisinə məlum oldu.

Mənim mənzilimi 90 000 (doxsan min) ABŞ dolları dəyərində satdırmış mafioz, hal-hazırda məndə olan dəqiqləşdirilməmiş məlumata əsasən ölkə əhalisinin ən çox inandığı nazirlə xarici ölkədə biznes qurublar. Bu məsələni öyrənəndən sonra dövlətin başçısını məlumatlandıracam. Belə olan halda hakim A.A.Abdullayevanın Prezident Aparatından hakimlik vəzifəsinə gətirilməsinin acı nəticələrini də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bildirəcəm.

Hakim A.A.Abdullayeva və digər onun kimi hakimlər Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını bilə-bilə qəsdən pozurlar. Ona görə də məhkəmə-hüquq şurası tərəfindən hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi, kobud qanun pozuntularına yol verdiklərinə görə 120-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb. Korrupsiya hüquq pozmalarına görə 34 hakimin intizam məsuliyyətinə cəlb edildiyi, o cümlədən onlardan 8 nəfərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildiyi, 11 nəfərin aşağı vəzifəyə keçirildiyi və ya iş yeri dəyişdirilmişdir.

Azərbaycan Respublikasının Ədliyyə Naziri, Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədovun keçirdiyi müşavirədə dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq məhkəmə qərarlarının ədalətliyinin təmin olunması, korrupsiyanın yolverilməzliyi vurğulanıb.

“Qanunlarımızın pozulmaması üçün biz Azərbaycan vətəndaşları passivlik göstərməliyi”

Azərbaycan Respublikasının bütün vətəndaşları qanunvericiliyin tələblərini pozanlara qarşı birgə mübarizə aparmasaq bizim gələcəyimiz yoxdur? Əgər 3 (üç) nəfər hər hansı rüşvətlə və korrupsiya ilə məşğul olan hər hansı şəxsin məsələni qaldırarsa həmin şəxs haqqında tədbir görüləcək. Çünki, qanun şahdı, şah qanun deyil.

Hüquq elmləri doktoru Ədalət Partiyasının sədri hörmətli İlyas müəllimin qəzetdə çıxışını oxudum. Hər gün qeyd edilən məsələ məni düşündürür. Nə üçün qanunlarımız işləməsin. Qanunlarımız sifarişlə qəbul edilsin. Qanunlarımızın pozulmaması üçün biz Azərbaycan vətəndaşları passivlik göstərməliyik. Konstitusiya hüquqlarımızı pozanlara qarşı amansız olmalıyıq. Bilməliyik ki, rüşvətlə, korrupsiya ilə məşğul olanlar qorxaq olurlar. Onlar gecələr yata bilmirlər. Yatanda da elə bilirlər ki, yuxarıdan onların ürəyinə xəncəl düşəcək.

Qəzetdən hörmətli Valeh Türksoyun çıxışını oxudum. Bəzi hakimlər müstəqil qərar çıxarmaqda acizlik nümayiş etdirirlər.

Valeh bəyin qəzetdəki çıxışı ilə tam razıyam. Qısa müddətdə Konstitusiya Məhkəməsi Ali Məhkəmənin 2 (iki) qərarını ləğv edib. Əgər Ali Məhkəmənin hakimləri düzgün qərar qəbul edə bilmirlərsə işləməsinlər. Yox əgər bilə-bilə qanunsuz qərar qəbul edirlərsə onlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Məhkəmələr və hakimlər haqqında qanun 83-cü maddəsinin 3-cü abzasına görə Ali Məhkəmənin sədri cənab Ramiz Rzayev Azərbaycan Respublikası məhkəmələr və hakimlərinin intizam məsuliyyətinə cəlb edilməsi, habelə onların səlahiyyətlərinə xitam verilməsi barədə məhkəmə-hüquq şurasına müraciət etməlidir. Bu məsələni ölkə vətəndaşları cənab Ramiz Rzayevdən tələb etməyə haqqı var.

Həmin qanun 112-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər hakimlər tərəfindən bu qanun 111.1-ci maddəsinin altıncı abzasında hakimlər üçün müəyyən edilmiş intizam məsuliyyətinə cəlb edilmə əsasının əlamətləri haqqında məlumatlar olduqda, məhkəmə-hüquq şurasına müraciət edə bilərlər. Ona görə də ölkə əhalisi qanuna əsasən məhkəmə-hüquq şurasına müraciət etməlidirlər.

“Qanunu pozan rüşvətxorlar və korrupsiya ilə məşğul olanlar xalqın qarşısında acizdirlər”

Yuxarıda qeyd edənlərə əsasən Azərbaycan Respublikasının vətəndaşlarına müraciət edirəm. Ölkə üzrə hüquqları pozulan şəxslərə köməklik göstərək. Təklif edirəm respublikanın bütün rayonlarında və şəhərlərində vətəndaşlarımızın qəsdən hüquqlarının pozulması ilə əlaqədar qanunu ictimai təşkilatlar yaradaq. Qanunu pozan rüşvətxorlar və korrupsiya ilə məşğul olanlar xalqın qarşısında acizdirlər. Taleyimizi özümüz həll etməliyik. Qanunu bilməyənlərə qanunu izah edək. Qurana əsasən hər bir müsəlman digər müsəlmana köməklik etməyə borcludur.

Şəxsən mən heç qardaşımdan da kömək istəmirəm. Lakin hər bir Azərbaycan vətəndaşına kömək etməyə hazıram. Hər bir Azərbaycanlının hüquqlarının pozulması ilə əlaqədar ona köməklik etməyə və lazım gəlsə onun uğrunda ölməyə hazıram.

Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən məhkəmələr və hakimlər haqqında qanunvericilik aşağıdakı kimidir.

Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının qanunveri¬ciliyi Azərbaycan Respublikasının Konstitusiyasının, bu qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Qanunda göstərilmir ki, bəzi məhkəmələr və hakimlər korrupsiya hüquqpozmaları ilə məşğul olmalıdırlar. Öz vətəndaşlarına qarşı süründürməçiliyə yol verməlidirlər. Onlara maddi və mənəvi əziyyət verməlidirlər. İnkişaf etmiş ölkələrdə heyvana belə əziyyət vermirlər. Düşmən erməni bizim balalarımızı silahla öldürür, bəzi hakimlər isə bizi qanunsuz qərarları ilə sanki bilərəkdən öldürürlər. Lazım gələrsə, elə bu yolda özüm ölərəm. Nəinki, gizli və saxta qətnamə çıxarmış hakim A.A.Abdullayevanın qətnaməsinə əsasən ölərəm. Bir il 5 aydı şikayət ərizələrimin cavabını Prezident Aparatından və Ali Məhkəmədən ala bilmirəm. Dinlənəndə mən günahkaram. Prezident Aparatın hüquq şöbəsinin əməkdaşına daxili telefonla 14-58-ə zəng vurarkən mənim günahkar olduğumu bildirirlər. Həmin şöbəyə cənab Fuad Ələsgərov rəhbərlik edir”.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.