XalqXəbər.Az

Azərbaycanda şirkət rəhbəri istefa verdi - deputatlığa görə

yüklənir...
Azərbaycanda şirkət rəhbəri istefa verdi - deputatlığa görə
8-01-2019, 15:12
yüklənir...

Azərbaycanda fəaliyyət göstərən böyük şirkətin sahibi deputatlığa namizəd olacaq.

Minval.info-nun əldə etdiyi məlumata görə, “Mətanət A”nın rəhbəri Elxan Bəşirov yaxın günlərdə vəzifəsindən uzaqlaşacaq. Onun yanvarın 15-də bütün işləri rəsmi olaraq qardaşı Fuad Bəşirova təhvil verəcəyi söylənilir.

Belə ki, bir həftə sonra şirkətin artıq keçmiş sahibi sayılacaq Elxan Bəşirov bu yaxınlarda parlament üzvlüyünə namizədliyini irəli sürəcək. Onun məhz bu səbəbdən “Mətanət A”nın prezident postunu tərk edəcəyi bildirilir.

Qeyd edək ki, şirkətin başına keçəcək Fuad Bəşirov hazırda “Mətanət A”da vitse-prezident vəzifəsində çalışır.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.