SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Dələduzu cinayət məsuliyyətindən yayınmağa kömək edən rəis kimdir?

Dələduzu cinayət məsuliyyətindən yayınmağa kömək edən rəis kimdir?

Tarix:

8-01-2019, 13:26

/ 3 079 dəfə oxundu.
Dələduzu cinayət məsuliyyətindən yayınmağa kömək edən rəis kimdir?

Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mk/r-n, Moskva pros.,ev 70, mən.28. ünvanda yaşayan Cəfərzadə İfadə İsgəndər qızı tərəfindən xalqxeber.az-ın redaksiyasının elektron poçtuna müraciət daxil olmuşdur. Daha doğrusu, müraciət mətbuat vasitısi ilə dövlət başçısı, Prezident İlham Əliyev cənablarına ünvanlanıb və ölkənin məhkəmə və polis sistemində baş alıb gedən özbaşınalıqlardan, süründürməçilik hallarından bəhs edir. Müracətdə qanun keşikçilərinin, ədalət hakimlərinin bir nəfəri ciddi cəhdlə cinayət məsuliyyətindən yaxa qurtarmağa kömək göstərildiyi bildirilir,hüquqlarının müdafiəsinə ancaq cənab Prezident İlham Əliyevin köməyi çatacağını vurğulanır. Müracət konkret faktlarla, dəlillərlə dolu olduğundan olduğu kimi oxucuların diqqətinə çatdırırıq.
Cəfərzadə İfadə İsgəndər qızı sözügedən müracıətində yazır ki, zərərçəkmiş şəxs olaraq əvvəlcədən xatırladım ki, verdiyim şikayət əsasında təqsirləndirilən şəxs Nazim Əskərov Sulutəpə qəsəsbəsi, küçə 1, ev 8 ünvanında yaşadığım 2 mərtəbəli evimi xəbərim olmadan 2013-cü ildə girov qoyub əvəzində götürdüyü 95000 manatı dəlduz dəstəsinin üzvləri arasında bölüb mənimsəmiş, bank qarşısında götürdüyü öhdəliyi isə qəsdən yerinə yetirməmişdir. Lakin “Ata Bankın” verdiyi pulun faiz və əsas boprcunun qaytarılmasını tələb edən zaman mənim bu məsələdən xəbərim olmuş və dərhal N.Əskərovdan evimin girovluqdan azad edilməsini tələb etmişəm. O əvvəl söz versə də sonradan Rusiyaya qaçıb gizlənmişdir.Ona görə də onun barəsində Nərimanov Pİ-də 1-ci dəfə təqsirləndirilən şəxs barəsində 2015-ci ilin 3 sentyabrında CM-nin 178.3.2 maddəsi üzrə cinayət işi başlanmış və müstəntiq Elşən Zamanovun icraatına verilmiş, N.Əskərov barəsində axtarış elan edilmişdir.

Təqsirləndirilən şəxs 2017-ci ilin oktyabrında Rusiyadan deportasiya olunmuş və o məcbur olub Azərbaycana qayıtmışdır. Lakin bu dəfə dələduz Bakıdakı çoxsaylı evləri və obyektlərində deyil, Gədədbəy rayonun Slavyanka kəndində yerləşən evində bir müddət gizlənmişdir. Dələduzun qanun qarşısında cavab verməsi üçün yuxarı direktiv orqanlara şikayətlər verdim. Həqiqətən də istər Baş Prokurorluqda, istərsə də DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsində rəis Emil Usubov tərəfindən toplanmış materiallar öyrənilmiş və N.Əskərov barəsində Cinayət işinin təzələnərək istinaq işlərinin aparıması Nərimanov Prokurorluğuna həvalə edilmişdir. Nərimanov Polis İdarəsi tərəfindən aparılan istintaq hərəkətləri zamanı, konkret olaraq axtarışa verilmiş N.Əsgərovun gizləndiyi yerdən tutulub Bakıya təcridxanaya gətirilməsi üçün Nərimanov RPİ-nin operativ xüsusi dəstəsi Nazim Əskərovu 8 dekabr 2017-ci ildə Gədədbəydə gizləndiyi evdə aşkar edərək Bakıya gətirilmişdirlər. Mənim iştirakımla polis müstəntiqi Cavid müəllimin apardığı üzləşmə zamanı N.Əskərov törətdiyi bütün dələduz hərəkləri çox arxayınçılıqla etiraf etmışdır. Sanki belə də olmalıymış kimi. 48 saat müddətinə təcridxanaya salınmış bu adamın gülə-gülə, sırtıqcasına ifadələr verməsi məndə şübhələr oyatmışdı. Səhəri gün 11 dekabr 2017-ci ildə saat 20-10 dəqiqədə Nərimanov Məhkəməsinin hakimi Məmmədov Samir iri məbləğli rüşvət müqabilində təqsirləndirilən şəxs barəsində sərəncam vermək əvəzinə onu tam məsuliyyətdən azad etmişdir. Bu ekspertlər tərəfindən müstəqil Azərbaycan məhkəmə tarixində ilk ən rüsvayçı bir hadisə kimi qeyd olunmuşdur.

Lakin çox təəssüflə bildirməliyəm ki, hakim S.Məmmədovun qərarından verdiyim Apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin təcrübəli hakimi cənab Əmir Bayramovun icraatına verilmiş və məhkəmə baxışı (20 dekabr, saat 14-30-) zamanı hakım N.Əsgərovun adamlarıilə sövdələşdikdən sonra onu cəzasız buraxmışdır. Sanki belə də olmalı imiş.

Xatırladım ki, Nərimanov Rayon Məhkəməsinin ( sədrlik edən hakim : Məmmədov Samir) , Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsilə açılmış cinayət işi üzrə, 11 dekabr 2017-cı il tarixli əsassız QƏRARI ilə, nə də Bakı Apellyasiya Məhkəməsi mənim verdiyim şikayət ərizəsi üzrə toplanmış materiallar əsasında ibtidai istintaq hərkətlərində qeyd edilən xüsusatların heç birini rüşvət müqabilində nəzərə almamış və beləliklə qərəzli formada maddi və prosessual hüquq normalarını kobud formada pozmuşdur.

Dəlduz N.Əskərovun güvəndiyi adamlar kimlərdir?

Hazırda İqtisad Universitetində mühasib işləyən arvadı Nərminə Qəzənfər qızı Məmmədovanın doğma qardaşı – Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini olmuş Faiq Məmmədov və indi “Rabitə işinə” görə məhkum olmuş Vidadi Zeynalovla (Maliyyə idarəsinin rəisi olmuş) dövlət əmlaklarını külli-miqdarda mənimsədiklərinə görə 1999-cu ildə barələrində cinayət işi başlandıöına görə Azərbaycandan qaçaraq 5-6 il Rusiyada gizlənmiş və sonradan ödədiyi təzminatlardan sonra Bakıya qayıdaraq iri biznes işlərilə məşğul olmuşdur. Dələduz N.Əskərovun qaynı Faiq Məmmədov hazırda külli-miqdar varidata sahib şəxs hesab olunur.
Xüsusilə qeyd edilməlidir ki, 10 dekabr 2017-ci il tarixində Nazim Əskərovun arvadı Nərminə Qəzənfər qızı Məmmədova “Çanaq Qala” restoranını bağladaraq özünə ad günü keçirmiş və 11-də Nazimin məhkəmə zalından azad olacağını həm də bayram kimi qeyd etmişlər. Bu arada xatırlatmaq yerinə düşər ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Şöbəsinin rəisi, Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov təqsirləndirlilən şəxsin arvadının yaxın qohumudur ( dayısı oğludur)
İlkin məhkəmə saxtakarlığından sonra verdiyim çoxsaylı şikayətlər əsasında N.Əsgərov barəsində istintaq araşdırmaları Bakı şəhər prokuroru cənab İlqar Abbasovun göstərişindən sonra iş üzrə 5-ci müstəntiq olan İlqar Həmidova həvalə edilmişdir. Cənab İ.Həmidov icraatında olan işə vicdanlı və təcrübəli müstəntiq kimi yanaşmış və N.Əsgərov dəstəsinin daha iki üzvünü də təqsirləndirilən şəxs qismində cəlb etmiş və barələrində CM-nin 178.3.2 maddəsini tətbiq etmişdir. 6 ay davam edən istintaq hərəkətləri zamanı törədilmiş cinayətin bütün detalları saf-çürük edilmiş və 3 nəfərdən ibarət olan dəlduz dəstənin əməllərinə hüquqi qiymət verilməsi üçün 4 yanvar 2019-cu il tarixində Nərimanov rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə sədrlik edən hakim Samir Məmmədov tərəfindən 5 yanvar 2019-cu il tarixinə təyin edilmiş və 10 dəqiqəlik proses zamanı iş materialları üzrə toplanmış materialların heç birinə qiymət verməmiş, müstəntiqin çıxışını nəzərə almamış, dəvət edilmiş 2 nəfər şahidləri məhkəmə zalına daxil olmasına imkan verməmiş, dövlət ittihamçısının etirazına məhəl qoymamış,iş üzrə şahid və zərəçəkmişin ailəsinin dələduz dəstənin rəhbəri olmuş N.Əsgərov tərəfindən istintaq prosesi zamanı zənglə ölümlə hədlənmələri, izahatlarından imtina etmələri barədə hədə-qorxu hərəkətlərinə qiymət verilməmiş, istintaqa cəlb edilmiş digər iki nəfər barəsində heç bir məhkəmə araşdırması aparmadan yalnış dəstənin rəhbərinin əsassız istintaqa cəlb edilməsi və beləliklə də 5 müstəntiq tərəfindən 1 il davam edən istintaq hərəkətlərinin əsassız olduğu qənaətinə gələrək təqsirləndirilən şəxs barəsində hökm elan etməmişdir. Hakimin öz əsassız qərarıilə açıq-aşkar qanunlara məhəl qoymadan günahlandırlan şəxslərin cinayət əməllərini ört-basdır etməsi yalnız və yalnız o anlama gəlir ki, hakim Samir Məmmədov qanuni məhkəmə aktı qəbul etməməsi müqabilində qarşı tərəfdən külli-miqdarda rüşvət almışdır. Odur ki, Nərimanov rayon məhkəməsinin sədrinə və hakimi Samir Məmmədovun törətdikləri qanunsuzluqlara qəti etirazımızı bildirirk və həmin hakimlərin intizam məsuliyyətinə cəlb olunmalarını xahiş edirik.

Müracətə şərh verməzdən əvvəl adları hallanan məsul vəzifəli və digər hüquq mühafizə orqanları əməkdaşlarının da münasibətini bilmək istərdik. Araşdırmalarımızı isə,təbii ki davam etdirəcək və yaxın günlərdə oxuculara daha ətraflı məlumatlar verəcəyik.

xalqxeber.az
Dələduzu cinayət məsuliyyətindən yayınmağa kömək edən rəis kimdir?

Şərhlər

XƏBƏR LENTİ