SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Eldar Əzizov Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsini yoxlatdırır - Coşqun Əliyev təşvişdə

Eldar Əzizov Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsini yoxlatdırır - Coşqun Əliyev təşvişdə

Tarix:

7-01-2019, 11:54

/ 1 343 dəfə oxundu.
Eldar Əzizov Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsini yoxlatdırır - Coşqun Əliyev təşvişdə

Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Eldar Əzizovun qurumda apardığı islahatlar davam edir

Meriyadan AzFakt.com-a daxil olan məlumata görə, icra başçısı Eldar Əzizov qurmun tabeçiliyində fəaliyyət göstərən Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsini yoxlatdırır və çox güman ki, adı çəkilən müəsissə yaxın günlərdə ləvğ ediləcək.

Merin adıçəkilən qurumu yoxlatdıraraq ləvğ etməsinin əsas səbəbi isə Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin adının çoxsaylı korrupsiyada keçməsi və hal hazırda isə lazımsız bir müəsissəyə çevrilməsi göstərilir.

Qeyd edək ki, Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi Bakıda müvəqqəti saxlama dayanacaqlarına nəzarət edirdi. Ancaq sonradan müvəqqəti saxlama dayanacaqları Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsindən alınaraq Bakı Nəqliyyat Agentliyinə verilib.

Məlumata görə, hazırda Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə Coşqun Əliyev adlı şəxs rəhbərlik edir.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ