XalqXəbər.Az

2019-cu ildə təbiətə qənim kəsilənlərlə mübarizə aparılacaqmı?

yüklənir...
2019-cu ildə təbiətə qənim kəsilənlərlə mübarizə aparılacaqmı?
7-01-2019, 11:51
yüklənir...

Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvündən Muxtar Babayevə çətin suallar

Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, əməkdar jurnalist Əlmaniz Ələkbərli bur sıra suallarla Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə müraciət edib. PİA.az diaspor.infoya istinadən əməkdar jurnalistin müraciətini olduğu kimi dərc edir:

“Yerli sakinlərdən aldığımız məlumata görə şimal-qərb bölgəsində baş verən qanunsuzluqlarin arxasinda ETS nazirinin müavinlərindən biri dayanırmış. Ola bilsin ETS naziri Muxtar Babayevin bu məsələdən heç xəbəri belə yoxdur. Ancaq bunun əksi də ola bilər. Çünki aydın məsələdir ki heç bir nazir birbaşa hansısa kərpic və yaxud asfalt zavod rəhbərliyi ilə əlaqəyə girməz. buna inanmağin özü belə sadəlövhlükdür. yaxşi, belə çixir ki bütün bu olanlardan muxtar babayev xəbərdardir və buna görə də yazdiğimiz obyektiv faktlari araşdırmır?!

Çox çətin bir tapmaca oldu deyilmi?

Görəsən dövlət qulluğundan imtahan verə bilmədiyinə görə vəzifəsini müvəqqəti icra edən Ə.Qasımovun hansi keyfiyyətləri ETS nazirini özünə belə bağlayir?!
Bu gün bəlkə də, Əlikram Qasimov kəsilən ağaclarin məktəb və bağçalara getdiyini deyərək, məsuliyyəti öz üzərindən atmağa çalışacaq, lakin yerli sakinlərlə etdiyimiz fikir mübadiləsi onun əksini deyir.

Bundan əlavə, bəs taxil zəmilərinin ortasinda torpağin təkinin qazilmasına nə deyirsiniz? Günün günorta vaxti asfalt zavod adı ilə havaya buraxilan qara tüstüyə nə sözünüz?!

Mən hələ Şəkidəki avtoyuma məntəqələrinin zəhərli, kimyəvi maddələrin axar çaylara axidılmasından, şadliq evləri, daş-qum karxanaları və. s.-dən danışmıram.
ETS naziri şimal-qərb bölgəsindəki səfərindən geri qayıdan kimi “7 sayli regional ekologiya təbii sərvətlər idarəsi” meşələrə hücuma keçdi, həm də, artirılmış qiymətlərlə.
Diaspor info saytının Şimal-Qərb bölgəsi ağacların soyqırımının davam etdiyini sübuta yetirən fotolar çəkib. Oxucuların nəzərinə çatdırmaq istəyirik ki, son bir neçə ayda ETSN –nin “7” saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və onun təqaüdçü (keçmiş voyenkom) rəhbərinin yarıtmaz fəaliyyətindən obyektiv, tənqidi məqalələr yazırıq. Sözügedən idarənin rəhbəri Əlikram Qasımov bütün yollara əl atır ki, haqq-ədalət carçılarını susdursun.

O, əvvəlcə iki məsul işçisinə, bizim əməkdaşın çəkdiyi avtoyuma məntəqələrinin şəkillərini də, verib, mənim üstümə göndərdi. Onlar danışıq zamanı əvvəlcə hədə-qorxu gəlməyə başladılar, daha sonra isə faktlar qarşısında söz tapmayaraq, yumşaldılar.

Biz həmin məsul işçilərə izah etdik ki, avtoyuma məntəqələri kanalizasiya sisteminə qoşulmalıdır. Çünki onların istifadə etdiyi kimyəvi dərmanları çaya axıtmaq olmaz. Zaqatala əhli yaxşı bilir ki, bu rayonda çox ciddi su problemləri var, yəni içməli sular birbaşa çaylarla dağlardan gəldiyi üçün, elə həmin çaylar vasitəsilə də, bəzi kəndlərə ötürülür. Ən azından kənd camaatı mal-qarasını həmin çaylardan suvarır.

Hörmətli oxucular nəzərinizə çatdırmaq istəyirik ki, biz bu problemi qabartmaqla yüzlərlə kəndlinin mal-qarasının zəhərlənməsinin qarşısını almış oluruq.
Dövlət Qulluğundan imtahan verə bilməyən, lakin hansısa keyfiyyətlərinə görə hələ də, böyük bir vəzifəni icra edən Əlikram Qasımov isə səriştəsizliyini örtbasdır etmək üçün şantaja əl atır.

Hətta baş redaktorun mobil telefonunun nömrəsini avtoyuma məntəqəsinin, kərpic, asvaltzavod və. s. rəhbərlərinə verərək, onları məcbur edir ki, zəng vurun yalvar-yapış edin, əks təqdirdə hərənizi ən azından min azn cərimə edəcəyəm.

Mənim üçün bir şey qaranlıq qaır, məgər cərimələr hər hansı bir qanunsuzluğa-fakta görə fərqli deyil? Məsələn hektarlarla taxıl zəmisində, torpağın təyinatını dəyişməklə təkini qazanla, öz həyətinin yanında bir ağac kəsənin cəriməsi eynidirmi?

Çox gülməli və qəribədir deyilmi?

Sonda sualım cənab nazirədir: Əlikram müəllim vaxtında çox işləyib, sağolsun dövlətimiz də, ona stajına görə minlərlə manat təqaüd də ayırıb. Heç olmasa bu təqaüdçü ağsaqqal, bu gün yetərincə məvacib alır. Bəlkə imkan verəsiniz iş axtaran bu cavanlar da, məvacibin nə olduğunu dadsınlar?

Mənim fikrimcə bizim müdrik atalarımız belə yerdə çox gözəl deyib.

Balıq başdan iylənər

Çox qəribədir, bu gün Əlikram müəllimin yarıtmaz fəaliyyəti haqqında yetərincə faktlar ortaya qoymağımıza baxmayaraq, onun haqqında heç bir ciddi addımlar atılmır.

Ağalar, görürsünüz ki, bu rəhbər Dövlət qulluğundan imtahandan keçə bilmir. Dəfələrlə imtahan verməsinə baxmayaraq bu adamda alınmır! Görəsən cənab nazirimizə hansı qüvvə təsir edir ki, imtahandan keçməyən birisini dəfələrlə müvəqqəti rəhbər təyin edir?

Onun əməlləri qınanmaq əvəzinə, əksinə ona nazirlikdən sehirli telefon zəngləri olur və ehtiyyatlı olmağı tövsiyyə edirlər. O, da, öz ehtiyyatını görür.

Belə ki, bu yaxınlarda, Ə. Qasımov on illərlə qanundankənar, torpağın təkini qazaraq, dövlətə milyonlarla ziyan vuran iş adamını iki min azn cərimə edib. Yəni bir növ özünü sığortalamış olur?!

Bu gün biz sözügedən qurum tərəfindən özümüzə qarşı bütün şərəfsizliklərlə dolu şantajları gözləyirik.

Düzdür ETS nazirliyindən mənimlə bu məsələ ilə əlaqədər əlaqə yaradanlar da, oldu. Hətta, telefon və votsap nömrələrini də, mənə verdilər. Özlərini elə göstərdilər ki, həqiqətən də, Vətən, dövlətimiz, ən nəhayət ETSN üçün çox sədaqətlidirlər. Mən də, onlara çəkdiyim bir- iki faktı votsap nömrələri vasitəsilə göndərdim. Onlar cavabında mənə yazırlar ki, əgər bu faktlar düzdürsə onda burada ciddi problemlər var və bu işə görə cinayət işi də açıla bilər.

Və yaxud da, mənə yazırdılar ki, göndərdiyiniz bu fakt bir ay öncə çəkilən şəkillərə oxşayır. Gülməlidir deyilmi?.

Başa düşmürəm, görəsən mən ETS nazirliyi üçün müstəntiqəm, yoxsa fakt yığanam? Məgər bir ay bundan əvvəl qanunu pozan insanları cərimə etmirlər?

Hörmətli ETS nazirliyinin əməkdaşları - sizin marağınız nədir ki, cinayət işi açılmalı olan faktlara susursunuz?

Sonda bir fikrimi də, çatdırmaq istəyirəm. Mənə dəfələrlə ismarıclar gəlir ki, bəs Əlikram Qasımovun arxası var, onun sahəsinə toxunma. Gah deyirlər ETS Nazirinin müavini vəyaxud da, başqa bir nazir ona havadarlıq edir.

Bütün bunların üzərindən bir daha nazirə üzümü tutub soruşuram: 2019-cu ildə təbiətə qənim kəsilənlərlə mübarizə aparılacaqmı?

Əlmaniz Ələkbərli, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü” .

Mənbə: Diaspora.info

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.