SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İKİ FƏRQLİ MAŞIN, EYNİ DÖVLƏT NÖMRƏ NİŞANI – Mehman Hüseynovun üzünə duranın daha bir “qabiliyyəti” (FOTO)

İKİ FƏRQLİ MAŞIN, EYNİ DÖVLƏT NÖMRƏ NİŞANI – Mehman Hüseynovun üzünə duranın daha bir “qabiliyyəti” (FOTO)

Tarix:

7-01-2019, 09:10

/ 1 472 dəfə oxundu.
İKİ FƏRQLİ MAŞIN, EYNİ DÖVLƏT NÖMRƏ NİŞANI – Mehman Hüseynovun üzünə duranın daha bir “qabiliyyəti” (FOTO)

“AzPolitika.info”nun məlumatına görə, ötən gün sosial şəbəkələrin gündəm mövzusu Əli Abdalov adlı Penitensiar Xidmətin əməkdaşı olub.

Bildiyiniz kimi, gənc bloger Mehman Hüseynovun azadlığa çıxmasına iki ay qalmış ona yenidən çinayət işi açılıb. Rəsmi açıqlamaya görə, M.Hüseynov müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Sosial şəbəkədə Əli Abdalovun çoxsaylı fotoları yayılıb. Qınaq obyektinə çevrilən Ə.Abdalovun fotolardan lüks həyat tərzi keçirdiyi şübhə yaratmır. Onun paylaşdığı fotolarda maraq doğuran bir məqam jurnalist Pərviz Həşimlinin diqqətini çəkib. İki fotonu yan-yana qoyan həmkarımız yazır: “İki müxtəlif markalı avtomobildə eyni dövlət nömrə nişanı. DYP aydınlıq gətirsin…”

Həqiqətən də aydınlıq gətirilməli olan məsələdir. DYP rəsmiləri oxşar hallar baş verdikdə bunun qanunsuz olduğunu, cinayət məsuliyyəti daşıdığını dilə gətirirlər. Amma görünən odur ki, Ə.Abdalov kimiləri yeri gələndən bu məsuliyyətdən yan keçməyi bacarırlar. Müasir texnoloji vasitələrlə təchiz olunmuş DYP isə belə halları görməzdən gəlir.
İKİ FƏRQLİ MAŞIN, EYNİ DÖVLƏT NÖMRƏ NİŞANI – Mehman Hüseynovun üzünə duranın daha bir “qabiliyyəti” (FOTO)
İKİ FƏRQLİ MAŞIN, EYNİ DÖVLƏT NÖMRƏ NİŞANI – Mehman Hüseynovun üzünə duranın daha bir “qabiliyyəti” (FOTO)
İKİ FƏRQLİ MAŞIN, EYNİ DÖVLƏT NÖMRƏ NİŞANI – Mehman Hüseynovun üzünə duranın daha bir “qabiliyyəti” (FOTO)

Şərhlər

XƏBƏR LENTİ