XalqXəbər.Az

Fərmana əsasən bu il vəzifədən gedəcək rektorlar

yüklənir...
Fərmana əsasən bu il vəzifədən gedəcək rektorlar
7-01-2019, 01:04
yüklənir...

Ötən ilin sonu 10 dekabr tarixində Prezident İlham Əliyev “Təhsil haqqında” qanunun tətbiq edilməsi barədə” fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.12.2-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.13-cü bənd əlavə edilsin:
“2.13. dövlət ali təhsil müəssisəsində rektor 5 il müddətinə təyin edilir”.

Fərmanda qeyd olunub ki, dövlət ali təhsil müəssisəsində rektor 5 il müddətinə təyin edilir.Bununla da belə nəticəyə gəlmək olar ki,artıq bir sıra dövlət strukturlarındakı islahatlarla yanaşı dövlətin balansında olan ali məktəblərdə müsbət dəyişikliklərə doğru konkret addımlar atılır.

5 ildən artıq rektor vəzifəsində çalışan Ali məktəb rəhbərləri arasında Urxan Ələkbərov,Ədalət Muradov,Gülçöhrə Məmmədova,İbarhim Cəfərov,Akif Süleymanov,Elmar Qasımov,Fərhad Bədəlbəylini qeyd etmək olar. Prezidentin fərmanına əsasən adı çəkilən rektorlar bu il ərzində vəzifələrindən gedə bilərlər:

Urxan Ələkbərov- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru. Urxan Ələkbərov Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə Akademiyaya rektor təyin edilib. Prezidentin 26 aprel 2013-cü il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

Gülçöhrə Məmmədova -Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru.Memarlıq doktoru, professor Gülçöhrə Məmmədova 1999-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru təyin edilib.

Ədalət Muradov-Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru.İqtisad elmləri doktoru Ədalət Muradov vəzifəyə 2014-cü ilin martında təyin edilib.Rektor Ədalət Muradov Universiteti UNEC brendi adı ilə tanıtmağa başlayıb.

İbrahim Cəfərov - Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru. AMEA-nın müxbir üzvi İbrahim Cəfərov 25 iyul 2013-cü ildən universitetin rektorudur.

Akif Süleymanov- Texnologiya Universitetinin rektoru. Akif Süleymanov 13.03.2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə universitetin rektoru vəzifəsinə təyin edilib

Elmar Qasımov - Bakı Ali Neft Məktəbinin rektoru. O,2012-ci ildən bu vəzifəni icra edir.Qeyd edək ki,Elmar Qasımovun rəhbərliyi ilə Bakı Ali Neft Məktəbi qısa vaxtda Azərbaycanın ən yaxşı ali məktəblərindən biri kimi tanınıb.

Fərhad Bədəlbəyli-Bakı Musiqi Akademiyasının rektoru.Professor Fərhad Bədəlbəyli 1995-ci ildən Bakı Musiqi Akademiyasına çevrilmiş Azərbaycan Dövlət Konservatoriyasının rektorudur.

Azadpress.az

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.