SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Çingiz Qacar rus KQB-sinin agentidir” — Söyün Sadıqovdan sensasion açıqlama

“Çingiz Qacar rus KQB-sinin agentidir” — Söyün Sadıqovdan sensasion açıqlama

Tarix:

10-03-2017, 09:48

/ 3 149 dəfə oxundu.
“Çingiz Qacar rus KQB-sinin agentidir” — Söyün Sadıqovdan sensasion açıqlama

“Akademik Çingiz Qacar keçmiş rus “KQB”-nin agentidir. Ona görə də o, keçmiş SSRİ xüsusi xidmət orqanlarının Türkiyə əleyhinə apardığı fəaliyyəti davam etdirir”.

Bunu açıqlamasında məşhur biznesmen, Rusiyada azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos) sabiq prezidenti, Rusiya Federasiyası Prezidentinin Səlahiyyətli Nümayəndəsi, Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin rəhbəri Söyün Sadıqov bildirib.

S.Sadıqov qeyd edib ki, Çingiz Qacar türklərin tarixi haqqında məlumatları SSRİ kitablarından oxuduğu üçün o cür danışır:

“Çingiz Qacar keçmiş “KQB”-nin agenti olduğu üçün SSRİ-nin anti-türk kampaniyasını sevə-sevə hələ də davam etdirir. Yaxşı olar ki, o gedib SSRİ dövründə yazılan türk tarixi kitablarını deyil, obyektiv türk tarixlərini oxusun. O zaman biləcək ki, türklər heç zaman azərbaycanlılara qarşı düşmən olmayıb. Tarixən türk dövlətləri arasında toqqşumalar olub. Ancaq bu o demək deyil ki, türklər azərbaycanlıların düşməni olub. Tarixən də türkləri bir-biri ilə vuruşduran qüvvələr mənfur düşmənlər, ermənilər, farslar və digər xristian dövlətləri olub. Farslar və xristianlar tarixən türk dövlətlərini qarşı-qarşıya gətirməyə çalışıb. Ancaq bütün bunlara görə türkləri azərbaycanlıların düşmən hesab etmək böyük səhvdir. Türklər tarixən azərbaycanlıların yanında olublar”.

S.Sadıqov deyib ki, Qacarlar sülaləsi 1795-1925-ci illərdə hakimiyyətdə olub:

“Bu dövrlərdə Qacarlar dövləti ilə Osmanlı İmperiyası arasında bir neçə dəfə müharibə olub. Ancaq bu dövlətlər feodal dövlətlər olduğu üçün baş verən müharibələri türklərin bir-biri ilə mübarizəsi kimi qəbul etmək olmaz. Türklər hər zaman bir-birinə dəstək olublar. Azərbaycan SSRİ-yə daxil olanda və ya sonradan müstəqillik qazandıqdan sonra türklər daim azərbaycanlıların yanında olublar. Əgər 1918 və sonrakı illərdə türklər olmasaydı, o zaman Stepan Şaumuyan kimi erməni daşnakları Azərbaycan ərazilərində qondarma dövlətlərini qurmuşdular. Bütün bunların olmamasına görə türklərə borcluyuq”.

1990-cu ildən indiyədək türklər hər zaman Azərbaycanın yanındadır. Buna həm Azərbaycan xalqı, həm də bütün dünya şahiddir. Ona görə də Çingiz Qacarın söylədikləri cəfəngiyyat və yalandır.

Xatırladaq ki, Milli Elmlər Akademiyasının (AMEA) alimi, fizika-riyaziyyat elmləri doktoru, akademik Çingiz Qacar müsahibəsində Azərbaycanın ən böyük düşməninin türklər olduğunu bildirib.

Ölkə.Az

Şərhlər

XƏBƏR LENTİ