SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Naxçıvanda daha bir yüksək rütbəli məmur işdən çıxarıldı: Generaldan əmlakını könüllü vermək tələb olunur

Naxçıvanda daha bir yüksək rütbəli məmur işdən çıxarıldı: Generaldan əmlakını könüllü vermək tələb olunur

Tarix:

2-01-2019, 21:32

/ 2 050 dəfə oxundu.
Naxçıvanda daha bir yüksək rütbəli məmur işdən çıxarıldı: Generaldan əmlakını könüllü vermək tələb olunur

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov vəzifəsindən azad edilib.

AzToday.az-a daxil olan məlumata görə, 3 gün əvvəl muxtar respublikanın Ali Məclis sədri Vasif Talıbov tərəfindən işdən azad edilən Səxavət Salmanovla bağlı Naxçıvan Daxili İşlər Nazirliyində araşdırmalar başlayıb. Qeyri-iş günləri olmasına baxmayaraq, DİN-ə aparılaran generala güclü təzyiqlər edildiyi bildirilir. Səxavət Salmanovdan bütün var-dövlətini könüllü şəkildə vermək tələb olunur.
Prosesə Vasif Talıbovun qudası, daxili işlər naziri Fazil Ələkbərovun şəxsən rəhbərlik etdiyi deyilir.

Qeyd edək ki, Səxavət Salmanovun vəzifəsindən çıxarılması ilə bağlı hələlik heç bir rəsmi məlumat verilməyib.

Aztoday.az

Şərhlər

XƏBƏR LENTİ