XalqXəbər.Az

Mədət Quliyev veloyürüşdə - FOTOLAR

yüklənir...
Mədət Quliyev veloyürüşdə - FOTOLAR
30-12-2018, 17:23
yüklənir...

Dekabrın 30-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Velosiped İdman Klubunun təşkilatçılığı, Heydər Əliyev Mərkəzinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF), Respublika Olimpiya Velosiped Məktəbinin, Gənc Velosipedçilər İctimai Birliyinin və Azərbaycan Əlil Velosipedçilər Klubunun dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Gücümüz həmrəyliyimizdir” devizi altında kütləvi veloyürüş keçirilib.

Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev, DTX-nın velosiped İdman Klubunun üzvləri, peşəkar və həvəskar velosipedçilər, Azərbaycan Əlil Velosipedçilər Klubunun təmsilçiləri, eləcə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Veloyürüş iştirakçıları "Azneft" meydanından start götürməklə Neftçilər prospekti ilə hərəkət edərək Heydər Əliyev Mərkəzinin qarşısında bayram yürüşünü başa çatdırıblar.

İlin sonunda böyük həmrəylik və birlik nümayiş etdirən veloyürüş iştirakçıları tədbiri xatirə şəkli çəkdirməklə başa vurublar.
Mədət Quliyev veloyürüşdə - FOTOLAR
Mədət Quliyev veloyürüşdə - FOTOLAR
Mədət Quliyev veloyürüşdə - FOTOLAR
Mədət Quliyev veloyürüşdə - FOTOLAR

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.