SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibəti ilə və Nərimanov batalyonunun tədbir keçirilib

Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibəti ilə və Nərimanov batalyonunun tədbir keçirilib

Tarix:

28-12-2018, 16:02

/ 1 398 dəfə oxundu.
Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibəti ilə və Nərimanov batalyonunun tədbir keçirilib

31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibəti ilə və Nərimanov batalyonunun 25-illiyi ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Nərimanov rayon təşkilatının sədri Qurban Osmanov Nərimanov batalyonunun yaranma tarixini xatırlamış, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, torpaqlarımızın azadlığında, qəhrəmanlarımızın tanıdılmasında veteranlar tərəfindən aparılan işlər barədə məlumat verdi.
Nərimanov Rayon İcra Hakimiyyəti `başçısının müavini İradə Mahmudova öz çıxışında Azərbaycanın müstəqilliyi, süverenliyi və ərazi bütövlüyü uğrunda öz canından keçərək şəhid olan, yaxud sağlamlığını itirmiş hər bir oğulnan fəxr etdiyimizi bildirmişdir. Veteranlara göstərilən diqqət qaygi məhz Ulu Öndər Heydər Əliyevin adi ilə bağlı olduğunu və bu gündə o siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişdir. İradə Mahmudova çıxışında şəhid ailələrinin, veteranların daima diqqət mərkəzində saxlanıldığını, vətən uğrunda canından, sağlamlığından keçmiş şəxslərin və onların yaxınlarının sosial məişət şəraiti gündən günə dahada yaxşılaşdırıldığı və görülən işlər barədə məlumat verdi.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Nərimanov rayon təşkilatının üzvlərindən bir neçəsi Ordunun yaranmasının 100 illiyi ilə əlaqədər medalı və Müharibə veteranı medalı ilə təltif olunmuşlar.
Tədbir bayram şənliyi ilə davam etdirilmişdir.
Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibəti ilə və Nərimanov batalyonunun tədbir keçirilib
Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibəti ilə və Nərimanov batalyonunun tədbir keçirilib

Şərhlər

XƏBƏR LENTİ