XalqXəbər.Az

Yasamalda iki məmurun mübarizəsi – MÖHBALIYEV ƏZİZOVA QARŞI

yüklənir...
Yasamalda iki məmurun mübarizəsi – MÖHBALIYEV ƏZİZOVA QARŞI
28-12-2018, 09:58
yüklənir...

Prezident İlham Əliyevin 02 fevral 2018-ci il tarixli 3624 N-li Sərəncamı ilə Əziz Əzizovu Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin etməsi ilə paytaxtın bu rayonunda qüvvələr nisbəti kəskin dəyişib. Məsələ ondan ibarətdir ki, İbrahim Mehdiyevin Yasamal rayonuna rəhbərlik etdiyi 11 il ərzində Yasamalda hakimiyyətdaxili qüvvələrin müəyyən bir harmoniyası yaranmışdı. Lakin İbrahim Mehdiyevin qəfildən vəzifəsindən azad edilməsi, onun əvəzinə isə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı postuna Əziz Əzizovun təyin edilməsi ilə həmin harmoniya pozuldu. Məhz buna görə, indi Yasamal rayon İcra Hakimiyyətinin daxilində mövqe mübarizəsi başlayıb.
Məlumata görə, Yasamal rayon İcra Hakimiyyətində ən nüfuzlu şəxslərdən biri olan icra başçısının müavini Xaliq Möhbalıyev yeni icra başçısının oyun qaydaları ilə razılamaq istəmir. İcra Başçısı Ə.Əzizov isə Ysamal rayonundan əvvəl 12 il ərzində rəhbərlik etdiyi Cəlilabad rayonunda olduğu kimi, paytaxtın dağlıq rayonunda özünün yeganə söz sahibi olmasında israrlıdır. Bu isə məmurların mənafelərinin və maraqlarının toqquşması ilə nəticələnir.
Hazırda əsas mübarizə icra başçısı Əziz Əzizovla müavini Xaliq Möhbalıyev arasında gedir. İddia olunur ki, icra başçısının müavini ilə yollarını ayrırmaq niyyəti də var. Bəzi məlumatlı şəxslər Xaliq Möhbalıyevin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səttar Möhbalıyevin qardaşı olmasını əsas götürərək, icra başçısı Ə.Əzizovun bu mübarizədən məğlub çıxacağı qənaətindədir. Ancaq fərqli düşünənlər də var. Bəzi məlumatlı şəxslər hesab edir ki, Cəlilabadda 12 illik rəhbərliyi dövründə Əziz Əzizov hakimiyyətdaxli oyun qaydalarının incəliklərini mənimsəyə bilib. Bir çoxları hesab edir ki, hazırda hakimiyyət daxilində Xaliq Möhbalıyevin qardaşı Səttar Möhbalıyevin daxil olduğu qruplaşmanın mövqelərinin zəiflədilməsi prosesi gedir. Ə.Əzizov isə bütün bunlardan xəbərsiz ola bilməz. Əskinə, icra başçısı məlumatlı şəxs kimi nələrin baş verdiyini bilir və hakimiyyət daxilində gedən prosesə öz səlahiyyətləri daxilində tövhə verməyə çalışır. Həmin tövhə isə ilk növbədə Xaliq Möhbalıyevi vəzifəsindən azad etməsi ola bilər.
Məlumata görə, Əziz Əzizov bu işdə Bakı şəhər İcra Hakimiyyətinin yeni başçısı Eldar Əzizovun da dəstəyinə ümid edə bilər. Bu ümid isə onların soyadlarının eyni, Əzizov olması ilə bağlı deyil. Məsələ ondan ibarətdir ki, hər iki Əzizovun paytaxtda oliqarxların mövqelərini zəiflətmək və ləğv etmək istəyi haqqında söhbətlər gəzir. Bu isə onları müttəfiqə çevirir. Buna görə də Ə.Əzizov Xaliq Möhbalıyevi vəzifəsindən azad etmək niyyətini Eldar Əzizovun dəstəyi ilə reallaşdıra bilər. Məlumata görə, Əziz Əzizov yeni ilin ilk ayında Xaliq Möhbalıyevi vəzifəsindən azad edəcək. Lakin nə qədər ki, bu olay baş verməyib, Xalqi Möhbalıyev də təslim olmaq niyyətində deyil.
Mövzunu gündəmdə saxlamağa çalşacağıq.

“Yeni Sözçü” qəzeti

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.